Agentlik “Wi-Fi” qurğuları ilə bağlı əhaliyə xəbərdarlıq edib
Yusif Nəzərli
06:30 09.02.2024
Cəmiyyət
717
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları uyğunluq sertifikatı olan telekommunikasiya vasitələri və qurğularından istifadə etməyə çağırır. İKTA bəyan edir ki, uyğunluq sertifikatı olmayan avadanlıqlardan istifadə edilməsi ölkənin iqtisadi maraqlarına zidd olmaqla yanaşı, sağlam rəqabət mühitinin formalaşmasına, bazara keyfiyyətli telekommunikasiya vasitələrinin və qurğularının daxil olmasına mane olur.
“APA-Economics”in xəbərinə görə, İKTA xüsusilə bazara gətirilən sertifikatı olmayan “Wi-Fi” qurğuları zəif və dayanıqsız yayım siqnalları ötürdüyünü bildirir: “Bu da keyfiyyətsiz internet xidmətinə gətirib çıxarır.
Tənzimləyici qurum son zamanlar vətəndaşlardan ölkə daxilində uyğunluq sertifikatı olmayan avadanlıqların satışı və bu istiqamətdə şikayətlərin artmasından da narahatdır”.
“İKTA vətəndaşları istifadə etdikləri avadanlıqların sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələlərdə daha diqqətli olmağa və sertifikatı olmayan telekommunikasiya vasitələri və qurğuları ilə bağlı aidiyyəti üzrə tənzimləyici quruma (tel.: +99412 498-11-22; e-poçt: e-complaint@icta.az) məlumat verməyə çağırır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir”, - deyə bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil