“Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov” kitabı nəşr olunub
Yusif Nəzərli
14:14 04.07.2022
Cəmiyyət
398
Tədqiqatçılar Nazim Xəlilov və Elnur Nəciyevin “Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov” kitabı nəşr olunub.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, yeni nəşrin elmi məsləhətçisi Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, redaktoru tarix üzrə fəlsəfə doktoru Sevinc Məlikzadə, dizayneri riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, texniki redaktoru isə Esmira Kərimovadır.
Kitabda Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudovun həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyəti barədə yığcam məlumat verilir. Nəşr ilk dəfə olaraq oxuculara tarixçi‐alimin yenilənmiş bioqrafiyasını təqdim edir. Kitaba, həmçinin Yaqub Mahmudovun maraqlı xatirələri, onun həyat və fəaliyyətini əks etdirən fotomateriallar daxil edilib.
Əsərdə qeyd olunur ki, Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent, 1981-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini, dekan və 2004-2021-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda direktor işləyib. O, tarixşünaslıqda ilk dəfə olaraq XV‐XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb. Tarixçi-alim, həmçinin Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edib. Onun əsərləri indiyədək 15 dilə – türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, Ukrayna, urdu və rumın dillərinə tərcümə edilib.
Kitabda, həmçinin yazılır ki, Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf” və 1‐ci dərəcəli “Əmək” ordenlərinə layiq görülən akademik, eyni zamanda, bir sıra xarici ölkələrin mükafatları ilə təltif olunub. O, AMEA ilə yanaşı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının və İtaliyanın Bonifasiana Akademiyasının da həqiqi üzvüdür.
Xatırladaq ki, bundan əvvəl Yaqub Mahmudova həsr olunan 7 əsər – “Tarix elmində Yaqub Mahmudov məktəbi”, “Azərbaycan naminə: jurnalistin tarixçi ilə söhbəti”, “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu”, “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)”, “Yaqub Mahmudovun tarixçilər məktəbi”, “Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov” və “Akademik Yaqub Mahmudov irsində Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları tarixi” kitabları çap olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya