AİB Cənubi Qafqaz ölkələrinə birgə layihə çərçivəsində texniki yardım təklif edib
07:24 22.07.2021
Cəmiyyət
563
Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqaz regionunda post-müharibə dövrünün yaratdığı mühitdə regionun iqtisadi potensialını reallaşdırmaq üçün regional əməkdaşlıq yanaşmasının inkişafına kömək etmək məqsədi ilə region ölkələrinə "Cənubi Qafqaz Qapıları" ("South Caucasus Gateways") adlı layihə çərçivəsində texniki yardım təklif edib.
"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, 500 min ABŞ dolları məbləğində göstərilən texniki yardımın kənd təsərrüfatı, sənaye və ticarət və nəqliyyat sahələrini əhatə edəcəyi gözlənilir.
Layihə çərçivəsində işləniləcək "Cənubi Qafqaz Regional Əməkdaşlıq Yanaşması" siyasi qeyri-müəyyənliklər fonunda bölgə daxilində və xaricində iqtisadi əməkdaşlığın faydalarını qiymətləndirəcək. Bu yanaşma beynəlxalq və daxili imkanları müəyyənləşdirmək və optimallaşdırmaq üçün variantlar təqdim edəcək.
"Qapalı sərhəd keçid məntəqələri səbəbindən bloklanmış tarixi nəqliyyat yolları ticarət üçün yüksək xərclərlə nəticələnir və bölgənin ixracatının rəqabət qabiliyyətliyini azaldır. Yeni keçidlər isə bölgə üçün xeyli iqtisadi fayda verə bilər", - AİB-in məlumatında deyilir.
Qeyd edək ki, AİB iyul ayının əvvəlində Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 mln. dollar həcmində kredit xəttini təsdiqləyib.
Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə