Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı

ABŞ-ın Nyu-York ştatında bir uşaq qızılcaya yoluxduqdan sonra həyatını itirib.

Sherg.az xəbər verir ki, bu, ştatda son 30 ildə qızılca səbəbindən qeydə alınan ilk uşaq ölümü olub.

Nyu-York ştatının qubernatoru Keti Hokul bildirib ki, ölüm hadisəsi Lyuis dairəsində baş verib. O, uşağın vəfatından dərin kədər duyduğunu ifadə edərək, hadisənin son 30 ildə ştatda qızılcadan ilk ölüm olduğunu vurğulayıb.

Hokul artan sayda ailənin uşaqlarını peyvənd etdirməkdən imtina etməsinin ictimai sağlamlığın qorunması mexanizmlərini zəiflətdiyini bildirib.