Ailələr tar-mar olur
Yusif Nəzərli
02:20 02.07.2022
Cəmiyyət
487
Narkotik asılılıq artıq fidanların başının üstünü qara bulud kimi alıb
3 azyaşlı uşaq ananın sevgilisi tərəfindən işgəncələrə məruz qalıb, onlar indi sığınacaqda yaşayırlar
Kəmalə Ağazadə: "Gənc analar bəzən övladlarının gələcəyini ötəri hisslərə qurban verir"
Azyaşlı 3 uşağın ananın sevgilisi tərəfindən döyülməsi hadisəsi görkəmli yazıçı İsa Muğannanın “Saz” pyesi əsasında ekranlaşdırılmış “Tütək səsi” filmini yada saldı. Oxucumuz yəqin xatırlayır ki, filmdə kolxoz sədri Cəbrayılın Sayalı ilə evlənməsinə kənd camaatı, az qala hər ikisini də kənddən qovmaq dərəcəsinədək sərt reaksiya verir, el içində biabır edirlər. Adət-ənənəni pozmalarını cəmiyyət onlara bağışlamır. Müharibə idi və həyat yoldaşı müharibədə olan, öldü-qaldısı dəqiq bilinməyən birisinin xanımı ilə evlənmək əsgər namusunun tapdanması hesab edilirdi.
Ötən əsrin Azərbaycanı belə idi; qadınlar məhz övladları var deyə, nəinki ikinci dəfə evlənməyə, heç boşanmağa da razı olmurdular. Əksər hallarda (əlbəttə istisnalar, fərqliliklər həmişə olur), övladlarını min-bir əziyyətlə, təkbaşına boya-başa çatdırırdılar. Getdikcə vəziyyət dəyişdi, dəyərlər də itib-getdi. Əlbəttə, azad cəmiyyətdə yaşayırıq. Hər kəs öz taleyinin hakimidir. Hər qadın şəxsi həyatını istədiyi kimi qura bilər. Lakin ortada uşaqlar varsa, qadın kiminlə yenidən ailə qurduğuna diqqət etsə yaxşıdır. Çünki Sumqayıtda baş vermiş hadisə təkrarlana bilər. Bu günlərdə Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, azyaşlıların döyülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində hazırda istintaq aparılır. Onun sözlərinə görə, iyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal edilən, qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb. Həmin məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Eyni zamanda məsələ ilə əlaqədar qurum tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət ünvanlanıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında qeyd etdi ki, həmin məlumat barədə o özü sosial şəbəkə hesabında paylaşım edib:
- Uşaqların işgəncəyə məruz qalması haqqında biz məlumat vermişik. Azyaşlı 3 bacı (7,9, 11 yaşlarında K.A.) ananın sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb. Sumqayıt şəhər 4-cü Polis bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanıb. Hazırda uşaqlar sığınacaqdadır. Onlara lazımi yardım göstərilir, yeməklə, geyimlə təmin edilirlər. Uşaqlar təhsildən də yayındırılıb. Bununla bağlı da müvafiq iş görüləcək. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, ƏƏSMN-in Sosial Xidmətlər Agentliyi hadisə barədə məlumatlıdır. Uşaqlara işgəncə vermiş şəxslə bağlı bazar ertəsi hüquqi addımlar atılacaq. Həmin şəxsə qarşı AR CM-nin 128-ci maddəsi ilə cinayət işi açılıb. Böyük ehtimalla şəxs barəsində həbs-qətimkan tədbiri seçiləcək.
K.Ağazadə uşaqların anasının hazırda axtarışda olduğunu dedi:
- Ananın harada olması hələ ki, bilinmir. Axtarışdadır. Qadının da, münasibət saxladığı şəxs kimi narkotik asılılığı var. Güman ki, qadın həmin şəxsin təsiri altında narkotik maddə qəbul edib, narkotik asılılığı yaranıb. Qadının istintaqa cəlb edilib-edilməyəcəyi barədə hələ bir söz deyə bilmərəm. Hazırda əsas iş qadının tapılması və müalicə müəssisəsinə yerləşdirilməsidir. Uşaqlar barədə də müvafiq qərar veriləcək. Doğmaları qəyyumluğu üzərlərinə götürmək istəsələr, müvafiq icra strukturunun qərarı olmalıdır.
K.Ağazadə son illərdə mənəvi dəyərlərin aşınmaya məruz qaldığından narahatlığını ifadə etdi:
- Təəssüf ki, gənc analar bəzən övladlarının gələcəyini ötəri hisslərə qurban verir. Yaxşı ki, dövlətimiz hər bir vətəndaşına, hər uşağa sahib çıxır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya