Aleksandr Perenciyev: “Ermənistan əvvəlcə yeddi rayonu azad etməlidir” - ŞƏRH
07:45 16.06.2020
Cəmiyyət
627
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar ətrafında yaranmış vəziyyət absurd teatrına bənzəməyə başlayır. Əvvəlcə Qarabağın işğalçı rejimi Azərbaycandan Qarabağın dövlətimizin nəzarətində qalan şimal rayonlarının bir hissəsinin “işğaldan azad olunması”nı tələb etdi. Ardınca Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Qarabağ “hökumətinin” “qanuni tələbləri”ni dəstəklədiyini bəyan etdi.
Əlbəttə ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu məsələlərə reaksiya verdi. XİN Ermənistanın beynəlxalq birliyi çaşdırmaq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun qeyri-qanuni hərbi işğalından və təcavüz zamanı yüz minlərlə azərbaycanlının insan hüquqlarının və əsas azadlıqlarının ciddi şəkildə pozulması faktından məhz onların məsul olması məsələsindən yayındırmaq məqsədilə yaydığı gülünc bəyanatı ilə əlaqədar təəccübünü bildirdi.
Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev Media.Az-a verdiyi şərhdə Ermənistan XİN-in və “DQR” nümayəndələrinin ifadələrini aşkar həyasızlıq adlandırıb.
“Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi barədə danışmaq əvəzinə fərqli mövzu qaldırırlar. Ancaq beynəlxalq qanunlar, Madrid prinsipləri var. Bunlara riayət olunmalıdır, çünki məhz bu sənədlərdə vəziyyətin həlli üçün mexanizm qurulub. Bu, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq belədir. Məhz Madrid prinsiplərinə istinad olunmalıdır. Şimali Qarabağla bağlı hər hansı danışıqlar, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Əldə edilmiş razılaşmaların həyata keçirilməsi qaydası barədə məsələ qoyulmalıdır, Ermənistan öz öhdəliklərini yerinə yetirməyə borcludur”, - deyə A.Perenciyev vurğulayıb.
“Hər şeydə məntiq olmalıdır. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ ətrafındakı əraziləri tərk etməlidir. Bundan sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların növbəti mərhələsi başlayacaq. Ermənistan tərəfi əraziləri azad etməyə borcludur. Gəlin, beynəlxalq qanunlara və mövcud sənədə hörmətlə yanaşaq. Eyni zamanda, başa düşürəm ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi Dağlıq Qarabağı “mübahisəli ərazi” hesab etmir. Ancaq bunu sonra müzakirə etmək olar. Beynəlxalq hüquq, bütün razılaşmalar birmənalı şəkildə göstərir ki, Ermənistan tərəfi əvvəlcə yeddi (“işğal altında olan” – red.) rayonu azad etməlidir. Ermənistan qoşunları oradan çıxarılmalıdır, bu birmənalıdır”, - deyə müsahib qeyd edib.
- Axı bir neçə həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan heç bir razılaşmanın olmadığını bildirdi...
- Bu açıqlama ilə Nikol Paşinyan özünü beynəlxalq hüquq normalarından kənarda qoydu. Belə olan halda onun istənilən qərarını necə legitim saymaq olar? Əslində, Nikol Paşinyan özünə zərbə vurur. Özünü qanundan kənar qoyur.
Qaydalara və razılaşmalara əməl olunmalıdır. Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ərazi mübahisəsi ilə, sadəcə, heç bir əlaqəsi yoxdur və Ermənistan onları dərhal qaytarmağa borcludur. Həm də qeyd etmək istəyirəm ki, “seçkilərdə” (işğal olunmuş ərazilərdə - red.) azərbaycanlılar iştirak etmirlər. Bu isə çox vacibdir. Deməli, seçkilər qeyri-legitimdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya