
AMEA-dakı sistemi kökündən dəyişməliyik
Yusif Nəzərli
05:28 03.11.2022
Cəmiyyət
343
Məhərrəm Zülfüqarlı: "Mən hansısa problemin yaxın dönəmdə öz həllini tapacağına inanmıram"
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bir sıra problemlərdən danışıb. O deyib ki, son illərdə Akademiyanın beynəlxalq əlaqələri genişlənib, amma günün tələb və çağırışlarına tam cavab vermir. Akademiya rəhbərinin sözlərinə görə, AMEA bu gün Avropa və Avrasiyanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının, assosiasiyasının üzvü deyil: “Asiya Elmlər Akademiyasının üzvü olsaq da, heç bir layihələrində, qrant proqramlarında iştirak etmirik. Beynəlxalq elmi təşkilatlarla əlaqələrimizin genişlənməsi istiqamətində yeni imkanlar açmalıyıq”.

İsa Həbibbəyli elmi dərəcəsi sahəsindəki qüsurlardan da söz açıb. Bildirib ki, ölkəmizdəki doktorantura təhsili SSRİ-dən qalma modeldir. Onun fikrincə, yalnız doktorant və onun elmi rəhbəri ilə peşəkar kadr hazırlamaq mümkün deyil: "Doktorantların tədris planı, təhsil kreditləri, imtahanları olmalıdır və bu istiqamətdə əməli addımların atılması planlaşdırılır. Eyni zamanda elmdə qocalmanın qarşısını almalıyıq. Akademiyada son 7 ildə elmlər doktorluğunu müdafiə edən və yaşı 40-dan aşağı olan yalnız 8 nəfər, yaşı 50-dən aşağı isə 20 nəfərə yaxın elmi işçi vardır. 10 il sonra necə olacaq? Belə getsə, elmlər doktoru məsələsi ciddi problemə çevriləcək. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Dissertantlara, doktorantlara tələbkarlıq da, qayğı da artırılmalıdır”.
Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı "Şərq"ə deyib ki, əslində qeyd olunanların hamısı ciddi problemlərdir. Lakin professorun fikrincə, problemlərin gündəmə gətirilməsi onların qısa zamanda həll olunacağı anlamına gəlmir:
"Əgər AMEA-ya tamamilə kənar strukturdan bir kadr rəhbər təyin olunsaydı, onun hansısa problemlərdən danışmasını başa düşmək olardı. O zaman qaldırılan çatışmazlıqlar və onların müzakirəsi normal qarşılanardı. Amma reallıq odur ki, İsa Həbibbəyli uzun illərdir Akademiyanın birinci vitse-prezidenti idi. Eyni zamanda millət vəkilidir. Sual olunur ki, niyə indiyədək bu problemlərdən danışmayıb?! Hamı bilir və dəfələrlə gündəmə gətirilib ki, AMEA-da çox ciddi problemlər mövcuddur. Belə çıxır ki, kimsə mütləq rəhbər posta əyləşdikdən sonra qüsurları dilə gətirməlidir? Sözün açığı, mən buna ciddi yanaşmıram və hansısa problemin yaxın dönəmdə öz həllini tapacağına inanmıram. Çox vaxt vəzifəyə yeni gələnlər kampaniya xarakterli çıxışlar edirlər. Bilirsiz, köhnə maşına təzə sürücü qoymaqla, maşının sürətini artırmaq qeyri-mümkündür. Əgər maşın köhnədirsə, maşının özünü dəyişdirmək lazımdır. AMEA-dakı sistemi kökündən dəyişməliyik. İlk növbədə Akademiyada oturub illərlə heç bir iş görməyən məmurlaşmış "alimləri" yeni, gənc kadrlarla əvəz etmək lazımdır. Onda bəlkə nəyəsə nail olmaq mümkün oldu. Gəlişi gözəl sözlərlə problemlər həll olunmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət