Ana ortaya çıxdı, amma küçəyə atılmış 4 yaşlı uşağı ona vermədilər
13:02 14.02.2024
Cəmiyyət
829
Küçəyə atılmış 4 yaşlı uşağın anası tapılıb.
Bu barədə “Sherg.az”a Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. K.Ağazadə qeyd edib ki, səhər saatlarında ana 26-cı polis bölməsinə gedərək izahat yazıb. Sığınacağa uşağın ata nənəsi kimi təqdim edilən bir qadınla gələn ana qalmaqal salmağa, səs-küy yaratmağa çalışıb:
- Biz post-patrul çağırıb onları məkandan uzaqlaşdırdıq. Onu deyə bilərəm ki, uşağın qiymətləndirilməsi, ailənin monitorinqi aparılacaq. Ananın durumu öyrəniləcək, hər hansı mənfi vərdişlərə malikdirsə, davranış pozuntusu varsa, valideynlik hüququndan məhrum ediləcək. Hələ ki uşaq sığınacaqdadır. Monitorinqin nəticələrinə əsasən bu barədə qərar veriləcək, uşaq anaya qaytarılsın, yoxsa dövlətin nəzarətinə verilsin.
Xatırladaq ki, gecə saatlarında küçədə təkbaşına qalmış 4 yaşlı uşaq polis əməkdaşları tərəfindən aşkarlanaraq Uşaq Sığınacağına yerləşdirilib. Uşağın anası tərəfindən küçəyə atıldığı güman edilir. Bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə üzərindən paylaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət
İranın blokadası bütün sahil xəttini əhatə edəcək
16:51 13.04.2026
Dünya