Araşdıran yoxdur, foto 6 il öncə çəkilib
Yusif Nəzərli
09:38 02.11.2021
Cəmiyyət
958
Mömin adamlar bağça işçisini ölümlə hədələyirlər
"Mənə zəng edib deyirlər ki, sənin başını nizəyə taxacağıq. Mən belə təhdid görməmişəm"
Bakıda "Malvina" uşaq bağçasında keçirilən “Halloween” tədbiri zamanı çəkilən qorxunc foto sosial şəbəkələrdə gündəm yaradıb. Foto istifadəçilər tərəfindən ciddi qınaq obyektinə çevrilib. Məsələ ilə bağlı bağça rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq . Zəngimizi cavablayan adının çəkilməsini istəməyən bağça işçisi bildirdi ki, məlum foto 6 il öncə çəkilib, bağça ilə heç bir əlaqəsi yoxdur:
“Onu bir valideyn hazırlayıb. Mən bu gün bütün respublikaya açıqlama verdim ki, o fotonun tarixini araşdırsınlar. Özləri də görəcəklər ki, 6 il öncə çəkilib. Bizim bağça pandemiyadan sonra oktyabrdan fəaliyyətə başlayıb. Belə tədbirlərin təşkilinə isə icazə verilmir. Fotonun kiminsə evində çəkildiyi açıq-aydın bəlli olur. Nəyə görə bizim bağçanın adı çəkilib bilmirəm. Bizdən başqa bütün bağçalarda "Halloween" (balqabaqlar bayramı) qeyd olunur. Bizi nəyə görə hədəf seçiblər, anlaya bilmirik. Bu fotonu yayan bir xanımdır. Onun sosial media hesablarına baxın, bu fotodan daha qorxunc görüntülər görəcəksiz”. Bağça işçisi hazırda ölümlə təhdid edildiyini vurğulayıb:
“Mənə möminlər zəng edib deyirlər ki, sənin başını nizəyə taxacağıq. Mən belə təhdid görməmişəm. Özüm də namaz qılan adamam. Mən artıq kimə müraciət edəcəyimi bilmirəm. Bu bilirsiz nəyə bənzəyir, bir sürücü piyada vurub gedir, hamı piyadanın başına toplaşır. Sürücünü axtarıb ondan hesab soruşan biri olmur. Eyni situasiyadır. O qadını tapıb ondan açıqlama alın. Mən yoruldum. Evimdə də bununla bağlı problem yaşayıram. İşdən ayrılmağımı istəyirlər.
6 il öncə çəkilən fotoya görə bunu etmək istəmirəm. Məsələni qabartmaqda kimin nə niyyəti varsa, ondan əl çəksin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat