Artıq Naxçıvanın nə xanı, nə sultanı var
Yusif Nəzərli
08:20 22.02.2023
Cəmiyyət
632
Fazil Mustafa: “Təyyarə biletinin qiyməti yarıya qədər endirilməlidir”
"Vətəndaş cəmiyyəti təmsilçilərinin Naxçıvana səfəri doğru düşünülmüş addımdır. Tədricən Naxçıvanı açıq tipli həbs düşərgəsi modelindən çıxarmaq, qapalı-qadağanlı məkan olmaqdan uzaq tutmaq lazımdır". Bunu millət vəkili Fazil Mustafa deyib. QHT-lərin konfransda iştirak məqsədilə Naxçıvana səfər etməsinə münasibət bildirən deputat vurğulayıb ki, burada həm medianın, həm QHT-lərin, həm də siyasi partiyaların fəaliyyətinə imkan yaratmaq vacibdir: "Orada yerli təşkilatı olan siyasi partiyaları qərargahla təmin etmək məqsədəuyğun olardı. Bir dövlətdə bundan sonra iki fərqli qayda-qanun işləyə bilməz. Orada görülən işlər, aparılan dəyişikliklər barədə hökumət tərəfindən Milli Məclisə ayrıca bir iclasda məlumat verilməsi də faydalı olardı. Digər tərəfdən, Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasını gücləndirmək, burada səviyyəli təhsil mühiti yaratmaq lazımdır. Sosiallaşma və mədəni mühit olan yerə insanlar daha çox üz tuturlar. Sahibkarlara aşağı faizlə kredit verilməli və maksimum vergi güzəştləri edilməlidir ki, bölgənin inkişafı üçün daha ciddi fədakarlıqlar etsinlər. Obyektləri zorakılıqla əlindən alınmış vətəndaşlara hansısa formada kompensasiya verilməlidir ki, yenidən iş həyatına dönüş edə bilsinlər".
F.Mustafa qeyd edib ki, təyyarə biletinin qiyməti də yarıya qədər endirilməlidir: "Zəngəzur dəhlizi açılandan sonra bilet qiymətini nə qədər istərsəniz qaldırarsınız. Hələ ki, alternativ nəqliyyat vasitəsi yoxdursa, bunun əvəzini əksəriyyəti yoxsul olan Naxçıvan camaatına ödətmək nə dərəcədə ədalətli sayıla bilər? Bir sözlə, Naxçıvanın dirçəlişi üçün ayrıca dövlət proqramı hazılansa və gerçəkləşdirilsə, Zəngəzur dəhlizi açıldığında strateji planların icrası da daha sürətlə baş tutacaq. Necə deyərlər, artıq Naxçıvanın nə xanı, nə sultanı var, bircə əzəmətli Azərbaycanı var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mayk Tayson “Tuzlu Kahvede"
07:17 27.10.2026
Şou
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual