Aygün Bəylərin bacısı: "Düşündük ki, ayıla bilər" - AÇIQLAMA
10:11 07.01.2024
Cəmiyyət
502
"Aygün Bəylər konsertdə çox stres keçirdi, ağrıları oldu".
Bu sözləri Oxu.Az-a açıqlamasında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişən Əməkdar artisti Aygün Bəylərin bacısı Zümrüd Hümmətova bildirib.
O qeyd edib ki, mərhumun nəşi hələ Bakıya gətirilməyib:
"Aygün Heydər Əliyev Fondu sayəsində Türkiyəyə getmişdi. Sağ olsunlar, dəstək oldular. Gecə saat 3-də şəxsi təyyarə ilə yola düşəcəkdilər. Alınmadı. Təyyarə gözləyirdi, sənədləri tam hazır deyildi. İndi isə artıq sənədlər tam hazırdır. Gözləyirik ki, gəlin, aparın desinlər.
Xalq onu gözləyir. Hər kəs sənətkarı ilə vidalaşmaq istəyir. Sabah dəfn edərik, inşallah. Həqiqətən, biz də dəqiq nə vaxt gələcəyini bilmirik.
Dünən vəfatı barədə ilk xəbər çıxanda Aygün sağ idi. Sadəcə, komada idi. Ümidimizi kəsmədik. Düşündük ki, ayıla bilər. Çox heyif".
"Birdən-birə oldu. Konsertdə çox stres keçirdi, ağrıları oldu. Tədbir gecikmişdi. Təzyiqi qalxdı. Konsert arzusu idi. Qızının hələ də xəbəri yoxdur. Heç nə bilmir.
Biz çəkiliş istəmirik. O halda deyilik. Xalq sənətkarı itirdi, xəzinəmiz getdi. Çox çətindir. Biz şou yaradılmasını istəmirik. Biz belə şeyləri sevmirik", - deyə Z.Hümmətova sonda fikrini tamamlayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib.
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya