Azad edilən ərazilərdə vəkil büroları yaradılacaq
09:11 18.12.2023
Cəmiyyət
419
Vəkillər Kollegiyası işğaldan azad olunan torpaqlarda vəkil bürolarının yaradılması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib.
Bunu “Report”a müsahibəsində Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan torpaqlarda şəhərlər, kəndlər, qəsəbələr salınarkən vəkil qurumlarının yerləşməsi də mütləq nəzərə alınmalıdır:
“Çünki əgər hüquq-mühafizə orqanlarının həmin bölgələrdə şəraiti olacaqsa, mütləq vəkil qurumu da olmalıdır. Biz də hazırıq ki, öz hesabımıza işğaldan azad olunmuş ərazilərdə vəkil qurumlarını tikib təmir edək. Amma, təbii ki, dövlət tərəfindən də mütləq Baş Planda bu məsələ nəzərə alınmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bizə cavab verilib. Bildirilib ki, mütləq qaydada bu məsələ nəzərə alınacaq və təbii ki, prioritet məsələlərdən biridir. Hazırda insanlar öz doğma dədə-baba yurdlarına köçürlər. Amma azad olunmuş ərazilərdə o sayda adam yoxdur ki, indidən vəkil bürosu fəaliyyət göstərsin”.
Müsahibəni buradan oxuya bilərsiniz.
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi