
Azər Allahverənov: Rusiyanın miqrasiya qanunvericiliyində sərtləşdirilmə meyilləri hiss olunur
12:10 01.08.2024
Cəmiyyət
677
Dövlət Duması Rusiya vətəndaşlığını qəbul edən əcnəbilər üçün məcburi hərbi xidmət haqqında qanun qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qanuna əsasən, hərbi komissarlıqlarda ilkin qeydiyyat öhdəliyini yerinə yetirməyənlər Rusiya vətəndaşlığından məhrum edilə bilər.
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a bildirib ki, Rusiyanın miqrasiya qanunvericiliyində istənilən dəyişiklik ölkə ərazisində olan miqrantların aqibətinə təsir edir:

“Son bir neçə ay ərzində, xüsusən də Crocus City-də baş verən terror hadisəsindən sonra Rusiyanın miqrasiya qanunvericiliyində sərtləşdirilmə meyilləri hiss olunmaqdadır. Hətta bir sıra qanun layihələri müzakirəyə çıxarılaraq qəbul olunub. Qəbul edilmiş qanunların tələblərindən irəli gələrək isə ölkə ərazisində miqrantların qalması ilə bağlı müəyyən çətinliklər yaranmağa başlayıb. Əvvvəllər Rusiya Vətəndaşlığın əldə olunması ilə bağlı müəyyən liberal qaydaların tətbiq olunmasına maraqlı olsa da, Ukrayna müharibəsindən sonra yumşalmanın olduğunun şahidi olduq. Bu müddət ərzində də kifayət qədər insan Rusiya vətəndaşlığını qəbul etdi. 2022-ci ilin statistikasına görə 500 minə yaxın şəxsi Rusiya vətəndaşlığını əldə edib. Onların içərisində də 23 min nəfər məhz Azərbaycan vətəndaşları olub. 2006-2007-ci illərdə 4-5 min Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını əldə edirdisə, 2017-2018-ci ildən etibarən bu şəxslərin sayının kəskin artdığının şahidi oluruq. Bu vətəndaşlardan hər biri hərbi uçota durmur. Rusiyanın qanunvericiliyində isə hər kəsin hərbi uçota durması mütləqdir. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin də bu məsələyə müəyyən dərəcədə təsiri var. Rusiyada bir neçə dəfə səfərbərlik həyata keçirilib. Ən son səfərbərlik 2022-ci ilin sentyabr ayında olmuşdu. Rusiyanın müvafiq strukturları bu məsələ ilə bağlı araşdırma apararaq şahidi olublar ki, il ərzində yüzminlərlə şəxs Rusiya vətəndaşlığını qəbul edir. Onların bir qismi çağırışçı yaşında olanlardır. Çağırışçı yaşında olmayan şəxslərdə mütləq hərbi uçota durmalıdırlar. Hərbi uçota durduğu halda Rusiya-Ukrayna müharibəsi fonunda ehtiyyatda olan şəxslərlə bağlı müəyyən qərarlar qəbul edə bilərlər. Yeni şəxslərin silahlı qüvvələrə xidmət keçməsi üçün çağırılmasına ehtiyyac yaranır. Bunun müəyyən bir qismi əcnəbilərin hesabına ola bilər. Hərbi uçot olmadığı təqdirdə isə onlar vətəndaşlıqdan çıxarılacaqlar. Qanun hamı üçün qanundur. Ola bilər ki, həmin şəxslərlə bağlı başqa sanksiyalar tətbiq edilsin. Qanunda ayrıseçkilik elementləri yoxdur. Qanun qüvvəyə mindikdən sonra tətbiqi ilə bağlı müəyyən məsələlər ortaya çıxacaq. Həmin vaxt da adiyyatı dövlət qurumları müəyyən statistik rəqəmləri təqdim edərlər ki, bizdə ümumi vəziyyətin nədən ibarət olduğunu deyə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur