Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə qüvvələri ötən gecə Rusiyanın müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 149 pilotsuz uçuş aparatını (PUA) vurub.
Sherg.az xəbər verir ki, PUA-lar Bryansk, Belqorod, Voronej, Kaluqa, Kursk, Lipetsk, Tula, Oryol, Samara və Rostov vilayətləri, eləcə də Tatarıstan, Udmurtiya və Krım üzərində məhv edilib.
Nazirliyin daha əvvəl yaydığı məlumata görə, ötən sutka ərzində Ukraynaya məxsus 1 256 PUA və yeddi uzaqmənzilli “Flamingo” raketi vurulub. Bu məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır.