Azərbaycan könüllüləri 27 sentyabr - Anım Gününü qeyd ediblər - FOTO
Azərbaycan könüllüləri 27 sentyabr - Anım Gününü qeyd ediblər - FOTO
Yusif Nəzərli
15:08 27.09.2022
Cəmiyyət
652
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan könüllülərinin iştirakı ilə 27 sentyabr – Anım Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib.
Anım Günü ilə əlaqədar olaraq təşkilat nümayəndələrinin və könüllülərin iştirakı ilə II Fəxri Xiyaban ziyarət edilib. 500-ə yaxın könüllünün iştirak etdiyi ziyarətdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən oğullarının məzarları üzərinə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib.
Könüllülərin “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak etmiş döyüşçü qazilərlə görüşü baş tutub.
Görüşdə Azərbaycan Respublikasının Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər. Görüş könüllüləri maraqlandıran suallarla davam edib.
Tədbirlər silsilə formada Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində də davam edib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan “Ağdam Könüllüləri” Proqramı üzrə Ağdam şəhərində fəaliyyət göstərəcək olan 20 nəfərə yaxın könüllü ağacəkmə aksiyasında iştirak edib. 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol