Azərbaycanda inzibati məsuliyyətə cəlbetmə müddəti artırılır
Azərbaycanda inzibati məsuliyyətə cəlbetmə müddəti artırılır
Yusif Nəzərli
10:45 07.10.2022
Cəmiyyət
497
Azərbaycanda inzibati məsuliyyətə cəlbetmə müddəti 3 aydan 4 aya artırılır.
“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Belə ki, layihədə inzibati məsuliyyətə cəlbetmə və inzibati cərimələrin ödənilməsi ilə bağlı məsələlərin təkmilləşdirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə bir sıra yeni müddəaların əlavə olunması və mövcud müddəalarda dəyişiklik edilməsi təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən, bir qayda olaraq, üç ay keçənədək verilə bilər. Lakin, müvafiq protokollardan, qərarlardan şikayət vermə və müvafiq şikayətlərə baxılma ilə əlaqədar bəzi hallarda aylıq müddət yetərli olmur və 3 aylıq müddət keçdikdən sonra təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək mümkün olmur. Bununla əlaqədar, layihədə inzibati məsuliyyətə cəlbetmə müddətinin 3 aydan 4 aya artırılması təklif olunur.
İnzibati xətaların ictimai təhlükəliliyi nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsində inzibati xətaların bir qisminə dair icraatın başlanması haqqında qərarın prokuror tərəfindən qəbul edilməsi müəyyən olunub. Bu maddələr üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması prokurorun müstəsna səlahiyyətinə aid edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə