Azərbaycanda problemli kreditlərin sayı artıb
Yusif Nəzərli
08:43 24.02.2023
Cəmiyyət
520
Yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 mln. manat artaraq 19,669.6 mln. manat olub.
Bakupost.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, kredit portfelinin strukturunun 55.2%-ni biznes kreditləri (10,845.6 mln. manat), 29.5%-ni istehlak kreditləri (5,811.9 mln. manat) və 15.3%-ni ipoteka kreditləri (3,012.2 mln. manat) təşkil edib.
2023-cü ilin yanvar ayında cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil edib.
Yanvar ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 mln. manat artıb. Əmanət portfelinin 53%-i (6,196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Rəsmi məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil edib.
Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 25.1% artaraq 28,914.8 mln. manat təşkil edib.
Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nəzərən 231 min ədəd artaraq 13 milyon 488 min ədəd olub. Cari ilin yanvar ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
2023-cü ilin yanvar ayında bankomatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2%, POS-terminalların sayı isə 29.5% çoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə