"Azərbaycanda su problemi getdikcə ciddiləşir"- Deputat
Fidan Həmişəyeva
11:44 27.07.2020
Cəmiyyət
709
“Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Cənab Prezidentin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın digər regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı işlərin görülməsi bunun bariz nümunəsidir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputatın sözlərinə görə, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Bu da birbaşa içməli su ilə tənzimlənib, öz yerini tapıb:
“Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyildiyi kimi, 6 ayda aqrar sahədə 2,2 faiz artım əldə edilib. Quraqlıq olmasaydı, daha yüksək göstəricilər qazanmaq mümkün idi. Məsələn, havaların əlverişsiz keçməsi, yəni yağıntıların az olması bir sıra Aran rayonlarında taxıl becərilməsində müəyyən çətinliklər yaratdı.
Sözügedən iclasda dövlət başçısı bir daha diqqəti su ehtiyatlarının yaradılması və ondan düzgün, səmərəli şəkildə istifadə edilməsi məsələsinə yönəldib.
Prezident İlham Əliyevin su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər, qarşıya qoyulan konkret tələblər bir daha sübut edir ki, su məsələsi ölkədə milli təhlükəsizlik və strateji əhəmiyyətli məsələdir. Bu sahədə mövcud problemlərin həlli gecikdirilə bilməz”.
Parlament üzvü vurğulayıb ki, ölkədə su ehtiyatlarının yaradılması üçün çoxsaylı tədbirlər həyata keçirilib:
“Ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilir. Azərbaycanda içməli su təminatı yüksək faiz dərəcəsi ilə göstərilir. Bakı şəhəri ilə yanaşı bütün şəhər, rayon və qəsəbələri əhatə edir. Nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib. Onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Bununla yanaşı digər böyük layihələr, Ceyranbatan, Şəmkir və s. su anbarlarının da adını qeyd edə bilərik”.
A.Məmmədov bildirib ki, son illər 96 saylı Goranboy - Naftalan seçki dairəsi üzrə su təsərrüfatının yaxşılaşdırılması sahəsində də xeyli işlər görülüb:
“Cari ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusundan əlavə daha 43 subartezian quyusunun qazılması nəzərdə tutulub. Həmin quyulardan artıq 17-nin qazılması prosesi başa çatıb, digər quyuların qazılması işləri isə davam etdirilir.
Lakin bununla belə, suya ehtiyac hələ də çoxdur. Dövlətin gördüyü tədbirlər vəziyyəti dəyişsə də bu prosesdə vətəndaşların iştirakı olmadan uğur qazanmaq çətin olacaq.
Buna görə də müasir çağırışlara uyğun və əsaslandırılmış su balansı hazırlanmalı, vətəndaşlar vəziyyətin ciddiliyini anlamalı sudan istifadədə diqqətli olmalı və suya qənaət etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm