“Azərbaycanda süni intellekt üzrə strategiya hazırlanır”
Fidan Həmişəyeva
14:27 18.06.2020
Cəmiyyət
729
“Həmçinin kibertəhlükəsizlik hər zaman gündəmdədir”
“Çünki bu, bütün ölkələrin hazırlıq nümayiş etdirməli olduğu məsələdir”
“Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən qlobal pandemiya dövründə atılan addımlar beynəlxalq qurumların diqqət mərkəzindədir. Bunu dünyanın nüfuzlu siyasi təşkilatları, həmçinin maliyyə qurumlarının sərgilədikləri mövqelər də təsdiqləyir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Depuatat bildirib ki, “Microsoft” şirkətinin nümayəndələri ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransda da ölkəmizin əldə etdiyi uğurlardan, xüsusilə qlobal pandemiya dövründə görülən işlərdən geniş bəhs edilib:
“Bu videokonfrans eyni zamanda həm Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq etməsinə və ölkəmizdə yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsinə xüsusi diqqətin ayrılmasına növbəti sübutdur. “Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək fikirlərini, irəli sürdüyü təklifləri də xüsusi qeyd etməliyik.
Eyni zamanda ölkəmizdə süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də gündəlikdədir. Həmçinin kibertəhlükəsizlik hər zaman gündəmdədir, çünki bu, bütün ölkələrin hazırlıq nümayiş etdirməli olduğu məsələdir. Düzdür, indiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim də bu məsələdən sığortalanmayıb”.
Deputat bildirib ki, qlobal pandemiya ölkəmizin “Microsoft”la daha bir sahəsi üzrə əməkdaşlığın genişləndirlməsini vacib edib:
“Bu da distant təhsil sahəsidi. Sözügedən videokonfransda dövlət başçısı dedi ki, pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Cənab Prezidetin bildirdiyi kimi mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılıb. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb.
Sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Problem davam edirsə və getdikcə pisləşirsə, o zaman bu barədə düşünməli olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm