CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul il təşkilatına Mehmet Ali Yüksel sədr təyin olunub.

Sherg.az xəbər verir ki, partiyanın sözçüsü Müslim Sarı sosial şəbəkə hesabında Mərkəzi İdarə Heyətinin qərarı ilə Mehmet Ali Yükselin İstanbul il təşkilatının rəhbəri vəzifəsinə gətirildiyini açıqlayıb.

Müslim Sarı partiyaya verdiyi töhfələrə görə əvvəlki sədr Gürsel Tekinə təşəkkür edib və yeni təyinatın İstanbul təşkilatı üçün xeyirli olmasını arzulayıb.

Gürsel Tekin isə açıqlamasında 12 ay ərzində onunla birlikdə çalışan partiya üzvlərinə minnətdarlığını bildirib. O, çətin günlərdə göstərilən dəstək və həmrəyliyi unutmayacaqlarını vurğulayıb.