
Azərbaycanlılar da ermənilərlə birgəyaşayışa hazırlanmalıdır - ŞƏRH
12:42 01.10.2023
Cəmiyyət
536
Təktərəfli ola bilməz Əks halda həddindən artıq çox problemlər üzə çıxa bilər Azad İsazadə: “Məsələ bizimlə bitmir, əsas odur ki, ermənilər də birgəyaşayışa hazır olsunlar. Biz yarım addım irəli atanda gözləməliyik ki, onlar da həmin addımı atsın. Aradakı “düşmən” obrazı götürülməlidir”
Azərbaycan tərəfi lokal hərbi antiterror tədbirlərindən sonra
Qarabağda təmizləmə və təhlükələrin tamamilə aradan qaldırılması işlərini həyata keçirir. Həyata keçirilən bu tədbirlər fonunda azərbaycanlı və erməni əhalinin birgəyaşayış mövsuzu aktuallaşıb. Hazırda Azərbaycanla Ermənistan arasında üçtərəfli birgə komissiya səviyyəsində istər sərhəd məsələləri, istərsə də münasibətlərin normallaşması üzrə danşıqlar aparılır.
Analoji müzakirələrin istiqamətlərindən biri də Qarabağın erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Reinteqrasiya dedikdə, ilk növbədə ölkəmizin qanunları çərçivəsində birgəyaşayış nəzərdə tutulur.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə hesab edir ki, birgəyaşayışın Azərbaycan modeli ilə bağlı ciddi elmi araşdırmalara ehtiyac var.
Bu barədə Bakıda keçirlən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusundakı konfransda çıxış edən A.Şirinovun sözlərinə görə, xüsusilə də dini məsələlərlə bağlı araşdırmalara davam edəcəyik".
Psixoloq, hərbi ekspert Azad İsazadə isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan reinteqrasiya prosesində maraqlı olsa da, ermənilər üçün bu proses qeyri-müəyyəndir: “Bilirsiniz, reinteqrasiya geniş bir anlayışdır və özlüyündə bir çox şeyi ehtiva edir. İndiki halda birgəyaşayış haqqında danışmaq çox çətindir. Onsuz da yaxın gələcəkdə birgəyaşayış mümkün olmayacaq. Biz hələ azad olunan ərazilərimizə qayıdış proqramını icra edirdik. Bu poroses özü belə mərhələ-mərhələ həyata keçirilir.

Hələlik ermənilər yaşayan rayonlara azərbaycanlıların köçürülməsi üçün doğru zaman deyil.
Lakin əhəmiyyətli məqam odur ki, biz vaxt itirməməliyik. Yəni nə vaxtsa, Xocalıya, Xankəndiyə qayıdış proqramı icra olunanda artıq bütün problemlər aradan qalxmış olmalıdır. Köçürülməsi nəzərdə tutulan əhali arasında maarifləndirmə işi aparılmalı və onlar ermənilərlə birgəyaşayışa hazırlanmalıdır. Əks halda həddindən artıq çox problemlər üzə çıxa bilər. Onu da deyim ki, məsələ bizimlə bitmir, əsas odur ki, ermənilər də birgəyaşayışa hazır olsunlar. Biz yarım addım irəli atanda gözləməliyik ki, onlar da həmin addımı atsın. Aradakı “düşmən” obrazı götürülməlidir.
Ermənistandan millətçi çağırışlar səslənsə, Qarabağdakı ermənilər həmin çağırışların təsiri altına düşə bilərlər. Ona görə də birgəyaşayış ancaq o halda mümkün olacaq ki, Qarabağda yaşayan ermənilər ölkəmizin vətəndaşlığını qəbul edərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan qanunvericiliyinə hörmət, ərazi iddialarından birdəfəlik imtina və cəmiyyətlə inteqrativ şəraitdə yaşayacaq və separatçı meyillərdən imtina edəcək. Bu, ermənilərin seçə biləcəyi ən optimal yoldur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi