"Azəriqaz" bəzi məkanlarda martın 15-dən 20-dək xidmətlərin göstərilməsini məhdudlaşdıracaq
11:34 15.03.2020
Cəmiyyət
595
Məlum olduğu kimi Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 20-dək məhdudlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilb ki, dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək.
Bu müddət ərzində "Azəriqaz" İstehsalat Birliyi də qeyd edilən məkanlarda martın 15-dən 20-dək xidmətlərin göstərilməsini məhdudlaşdıracaq. Sabahdan etibarən 4 gün ərzində yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. Bura yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. daxildir. Sadalanan xidmətlərlə bağlı vətəndaşların qarşıdakı 4 gün ərzində Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət etmək imkanı olacaq. Martın 15-dən 20-dək bölgələrdə yerləşən "ASAN xidmət" mərkəzlərində də bir pəncərədə eyni xidmətlər göstəriləcək. Digər xidmətlərin göstərilməsi isə bayram günlərindən sonra bərpa olunacaq. Ehtiyac yaranarsa, bu xidmətlərin göstərilməsi "Azəriqaz" İstehsalat Birliyinin və Bakı Regional qazın satışı Departamentinin inzibati binasında da təşkil ediləcək. Bayram günlərində isə Birliyin Gəncə, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi