Bakı Hərbi Məhkəməsi “Tərtər işi” ilə bağlı daxili işlər nazirinə müraciət edib
09:46 26.12.2023
Cəmiyyət
500
Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin məhkəmədə iştirak etmədiyi bildirilib.
Bu səbəbdən prosesin növbəti dəfə təxirə salınmasına qərar verilib.
Qeyd olunub ki, zərərçəkmişlər əvvəlki iclaslarda da iştirak etmədikləri üçün Bakı Hərbi Məhkəməsi sentyabrın 6-da onların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb. Lakin qərar icra olunmadığından Bakı Hərbi Məhkəməsi məhkəmə iclaslarının lüzumsuz şəkildə uzadılmasının qarşısını almaq məqsədi ilə daxili işlər naziri Vilayət Eyvazova məhkəmə qərarlarının icrasının nəzarətə götürülməsi barədə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub ki, məhkəmənin qərarına əsasən, Ağdam, Gəncə, Bərdə, Goranboy, Yevlax, Astara, Mingəçevir, Bakı şəhərinin Qaradağ və Nəsimi rayonları, Sabirabad, Şəki, Qəbələ rayonları üzrə polis şöbə və idarələri zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsini təmin etməlidir.
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual