Bakı metrosunda bir sıra struktur dəyişiklikləri baş verib
Yusif Nəzərli
10:47 05.11.2022
Cəmiyyət
294
“Bakı metropolitenində aparılan struktur dəyişikliklər hesabına müxtəlif nasazlıqlar səbəbindən gün ərzində depoya qaytarılan qatarların sayı minimuma endirilib”.
Oxu.Az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov Bakı metrosunun yaranmasının 55 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Qurumun baş mühəndisi bildirib ki, rəhbər heyətin yükünü azaltmaq məqsədilə yeni qurumlar yaradıldı:
“Öncə “N.Nərimanov” elektrik deposunda olan xidmət nəzərdən keçirilərək Depolar üzrə İş Departamenti adlandırıldı. Bununla da bir rəhbərin çiyninə düşən yükü görən qurum rəhbəri onun tərkibindən Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentini çıxararaq, ayrıca bir qurum yaratdı. Eyni zamanda Vaqonların Əsaslı Təmiri xidməti, Elektrik Mühərriklərinin Əsaslı Təmiri xidməti, Vaqonların daxili və xarici estetikası və təmizliyi üçün, hərəkət qatarlarının daxilində olan kondisionerlərin texniki istismarı üçün, maşinistlərin trenajorda treningini aparmaq üçün ayrıca qurumlar yaradıldı.
Beləliklə Depolar üzrə iş Departamentinin rəhbəri və əməkdaşlarına yalnız hərəkət tərkiblərinin təmiri və istismarını həyata keçirtmək üçün şərait yaradıldı”.
Ə.Osmanov onu da əlavə edib ki, bunun nəticəsində adları çəkilən bütün sahələrdə əməkdaşların işi təkminləşdirildi:
“Buna qədər müxtəlif nasazlıqlar səbəbindən gündə 10-20 qatar növbədən kənar depoya qayıdırdısa da, bu gün bu rəqəm ən minimum həddə çatdırılıb, heç il ərzində bu sayda nasazlıq qeydə alınmır” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region