Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - VİDEO
Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - VİDEO
Yusif Nəzərli
06:06 16.05.2023
Cəmiyyət
398
Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Məlumata görə, qohumlar arasındakı razılıq nəticəsində 13 yaşlı qız anasının boşanmış dayısı oğluna nişanlanıb.
Adını məxfi saxlanılan 13 yaşlı qız bildirib ki, nişanlanmağını ailəsi istəyib, özü isə oxumaq həvəsindədir. Amma məktəbi ibtidai sinifə qədər oxuyub.
Hələ ailənin nə olduğunu dərk etməyəcəyi yaşda çiyinlərinə böyük yük qoyulan qızcığaz ailə qurmaq istəmədiyini və ailəsi tərəfindən buna məcbur edildiyini bildirib.
Məktəbli qızını dərsə yox, evlənməyə sövq edən ana isə hərəkətinə bəraət qazandırmağa çalışıb.
Qadının sözlərinə görə, övladını nişanlasa da, toyu üçün yetkinlik yaşının bitməsini gözləyəcək.
Qeyd edək ki, ailənin daha bir qız övladı var və o da təhsildən yayınır.
Məktəbli qızın nişanlandığı oğlanın anasının sözlərinə görə, qızı ailəsinin razılığı əsasında alıblar.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, qanunvericiliyə uyğun olaraq 9-cu sinifə qədər təhsil icbaridir. Bu uşağın təhsildən yayınması isə birbaşa valideynin məsuliyyətsizliyidir.
Daxili İşlər Nazirliyindən isə mövzu ilə bağlı qeyd edilib ki, məsələ araşdırılacaq.
Daha ətraflı süjetdə:
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi