Bakıda və Abşeron yarımadasında qar yağır - YENİLƏNİB
11:27 10.01.2024
Cəmiyyət
548
Yanvarın 10-u saat 15:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir. Belə ki, Şahdağ, Daşkəsən, Gədəbəy, Naftalan, Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Xocalı, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, İsmayıllı, Zərdab, Göygöl, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Goranboy, Mingəçevir, Şəmkir, Sabirabad, Cəfərxan, Hacıqabul, Qazıməmməd, Biləsuvar, Naftalan, Yardımlı, Lerikdə qar, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.
Naxçıvan, Şərur, Daşkəsən, Şəki, Qax, Quba, Qrız, Lerikdə duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-7 dərəcə isti, aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
***
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 12:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında sulu qar yağır.
Xidmətdən verilən xəbərə görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Bərdə, Naftalan, İmişli, Qazıməmməd, Biləsuvar, Yardımlı, Lerik, Oğuz, Qusar, Quba, Sarıbaş, Şəki, Gədəbəy, Şamaxı, İsmayıllı, Ağdam, Xaltan, Qax, Sabirabad, İmişli, Cəfərxan, Qəbələ, Qobustan, Tərtər, Şirvan, Mingəçevirdə qar, Zaqatala, Balakən, Yevlax, Tovuz, Şəmkir, Göyçay, Ağstafa, Neftçala, Zərdab, Beyləqan, Lənkəran, Astara, Gəncə, İsmayıllı, Naxçıvan, Şahbuz, Ceyrançöl, Kürdəmirdə isə yağış yağır. Sumqayıt, Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qrızda duman müşahidə olunur.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 15-18 m/s, Beyləqanda 22 m/s, Naftalan, Balakən, Zaqatalada 18 m/s, Mingəçevirdə 17 m/s, Biləsuvarda 16 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, dağlıq rayonlarda 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm