Baş nazirdən qərar: bu rüsumlar müəyyənləşdi
08:11 09.01.2024
Cəmiyyət
402
Nazirlər Kabineti “Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilməsi, geri qaytarılması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə Qaydaları”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Eyni zamanda Nazirlər Kabinetinin 20 dekabr 2021-ci il tarixli “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarı ləğv olunub.
Bu il yanvarın 1-dən qüvvəyə minmiş qərara əsasən, təchizatçı tərəfindən seçilmiş hər hansı bir satınalma üzrə portaldan birdəfəlik istifadə haqqı 25 manat, 30 günlük istifadə haqqı 120 manat, 90 günlük istifadə haqqı 300 manat, 180 günlük istifadə haqqı 550 manat, 365 günlük istifadə haqqı 950 manat olacaq.
Bundan başqa, təchizatçılar dəyəri 5 min manata qədər olan təkliflərini təqdim etmək üçün 10 manat, 5-100 min manat aralığındakı təkliflərini təqdim etmək üçün məbləğin 0,2 %-i qədər, 100-200 min manat aralığındakı təkliflərini təqdim etmək üçün 250 manat, 200-500 min manat aralığındakı təkliflərini təqdim etmək üçün 350 manat, 500 min manat - 1 milyon manat aralığındakı təklifləri təqdim etmək üçün 450 manat, 1-2 milyon manat aralığındakı təkliflərini təqdim etmək üçün 600 manat, 2-5 milyon manat aralığındakı təklifləri təqdim etmək üçün 1 000 manat, 5-10 milyon aralığındakı təkliflərini təqdim etmək üçün 1 500 manat, dəyəri 10 milyon manatdan çox olan təkliflərini təqdim etmək üçün məbləğin 0,015 %-i qədər (10 min manatdan çox olmamaq şərti ilə) qədər ödəniş etməli olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm