Baş Prokurorluqdan vətəndaşın hüququnun pozulması iddialarına CAVAB
Baş Prokurorluqdan vətəndaşın hüququnun pozulması iddialarına CAVAB
Yusif Nəzərli
10:55 15.11.2022
Cəmiyyət
344
“Əvvəllər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən oğurluq, dələduzluq, vergiləri ödəməkdən yayınma, özbaşınalıq cinayətlərinə görə 2011-ci ildə məhkəmə məsuliyyətinə verilərək uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Böyükağa Abdullayevin “Hürriyyət” qəzetinin 15 noyabr 2022-ci il tarixli buraxılışında dərc olunmuş, faktların qərəzli surətdə təhrif olunduğu məqaləsində Vüqar Məmmədovun hüquqlarının guya Binəqədi və Xəzər rayonlarının ibtidai araşdırma orqanları tərəfindən pozulması, süründürməçilik hallarına yol verilməsinə dair xüsusatlar tərəfimizdən təkzib edilir”.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, vətəndaş Vüsal Əkbərovun 2021-ci ilin aprel-may aylarında Binəqədi rayonu ərazisində Əhəd Hüseynova qarşı dələduzluq edərək onun xeyli miqdarda pul vəsaitini ələ keçirməsi faktına görə Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb:
“6 iyun 2022-ci il tarixdə Vüsal Əkbərov barəsində olan həmin cinayət işi mahiyyəti üzrə baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmiş, hazırda məhkəmə baxışı davam edir.
Həmçinin, Böyükağa Abdullayevin mətbuatda özünü nümayəndəsi kimi təqdim etdiyi Vüqar Məmmədovun 4 min manat pulunun 2021-ci ilin oktyabr ayında Vüsal Əkbərov tərəfindən ələ keçirilməsi barədə ərizəsi Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinə daxil olub.
Vüsal Əkbərovun barəsində Binəqədi RPİ-də olan cinayət işi üzrə istintaq yekunlaşdığından həmin müraciətin vahid icraatda araşdırılması mümkün olmamış və bu səbəbdən ərizə iddia olunan qanunsuz hərəkətin törədildiyi ərazi aidiyyəti nəzərə alınaraq Xəzər RPİ-də araşdırılmaqla, hər iki şəxs arasında mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlinib. Bununla bağlı müvafiq prosessual qərar qəbul edilməklə, tərəflərə məhkəməyə müraciət etmək hüquqları izah olunub.
Eyni zamanda, media nümayəndələrindən ibtidai araşdırma orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan məlumatların dərc olunmazdan əvvəl Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunmaqla, həqiqətə uyğun olmayan, cinayət təqibi orqanlarının və məhkəmələrin qanuni fəaliyyəti nəticəsində məhkum edilmiş şəxslərin qərəzli, böhtan xarakterli və ibtidai araşdırmaya qanunsuz təsir göstərmək məqsədi daşıyan yazıların yayımlanmasının qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olması diqqətə çatdırılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya