Baş redaktor Onlayn Media Klubundan DANIŞDI: “Xaosun səviyyəsini azaltmaq üçün...”
Fidan Həmişəyeva
12:41 17.06.2020
Cəmiyyət
628
“...Bir sıra təşəbbüslərlə çıxış edəcəyik. Bu istiqamətdə müəyyən layihələrimiz olacaq”
“Prinsipial həmkarlarımızı ətrafımızda görmək istəyirik”
“Əminik ki, Onlayn Media Klubu bu sahədə öz sözünü deyəcək, ictimai fikrə təsir imkanlarını artıra biləcək”
Azərbaycanda yeni media təşkilatı yaranıb. Tez-tez belə bir ifadə ilə rastlaşırıq ki, media çox vaxt ictimai rəyə təsir edə, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Bu isə o deməkdir ki, cəmiyyətdə mediaya inamsızlıq hökm sürür, baş vermiş hadisələrin əhəmiyyətinə diqqət yetirilmir.
Qərəzli, oxucuların haqlı tələb və təkliflərinə, müraciətlərinə peşəkar yanaşmayan xeyli sayda media orqanlarının mövcudluğu sırasında yeni bir onlayn informasiya məkanına ciddi tələb yaranır.
Bu baxımdan Onlayn Media Klubu yuxarıdakı tələbləri ödəyəcək bir layihə olaraq meydana gəlib. Bu media orqanı işini peşəkarlıq, dövlətçilik baxışı, əksəriyyət oxucu zövqünü təmin etmək prinsipi üzərində quraraq düşündürücü mövzularda bir müzakirə masası yaradacaq. Klubun həmtəsisçiləri - Demokrat.az, Konkret.az, Pravda.az və digər KİV təmsilçiləridir.
Yeni media təşkilatı ilə bağlı “Sherg.az”a danışan “Pravda.az” saytının baş redaktoru İlkin Pirəli bildirib ki, belə bir təşkilatın yaradılması zəruri idi. Onun sözlərinə görə, xüsusilə postpandemiya dövründə yeni media münasibətləri formalaşacaq və onlayn media daha da güclənəcək:
“Xüsusilə müstəqil medianın inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Hesab edirik ki, yeni yaradacağımız təşkilatla bu mərhələyə öz töhfəmizi verəcəyik”.
-Yeni təşkilatın funksiyaları nədən ibarət ola bilər?
- Hələ qarşıda təşkilatlanma işimiz var. Qeydiyyatdan keçməliyik. Cəmiyyətdə mediaya inamı artırmaq üçün müxtəlif layihələr həyata keçirəcəyik. Müzakirə masası bütün həmkarlarımız üçün açıq olacaq. Fəaliyyət növlərimiz bütün medianı və digər institutları əhatə edəcək. Məqsəd sözə bağlı olan yazarlarımızda aktivlik yaratmaq, ictimai səviyyədə dövlətçiliyimizə öz töhfəmizi verməkdir. Onlayn informasiya məkanında, sosial şəbəkələrdə xaosun səviyyəsini azaltmaq üçün bir sıra təşəbbüslərlə çıxış edəcəyik. Bunun üçün müəyyən layihələrimiz olacaq. İşimizdə peşəkarlıq, dövlətçilik baxışı, əksəriyyət oxucu zövqünü təmin etmək prinsipi üzərində quran mətbuat orqanları ilə əməkdaşlıq kimi mühüm vəzifələr var.
- Sizcə, təşkilatın fəaliyyətini effektiv etmək üçün daha hansı addımlar atılmalıdır?
-Klubun həmtəsisçiləri kimi Demokrat.az, Konkret.az, Pravda.az xəbər saytlarının rəhbərləri və digər KİV təmsilçiləri ilə bu barədə bir sıra müzakirələrimiz olub. Əlimizdə olan media resurslarından səmərəli şəkildə istifadə edəcəyik. İdeologiya sahəsində bir mexanizmin yaradılmasının vacibliyi hiss olunur. Bunun üçün təşkilatlanma çox vacibdir. Tanınmış, peşəkar jurnalistlərimiz, söz ustadlarımızla tez-tez görüşlər keçiriləcək, bu görüşlər ictimailəşəcək, gündəm xəbərlər ətrafında öz mövqeyimiz olacaq və digər məsələlərdə həmrəylik nümayiş etdirəcəyik. Hesab edirəm, bu nüanslara əməl etsək, işimizdə effektivlik dərəcəsi artar. Ölkəmizdə və dünyada baş verən prosesləri açıq və müqayisəli, əsaslı və güclü şəkildə ictimaiyyətə çatdırmaq lazımdır. Prinsipial həmkarlarımızı ətrafımızda görmək istəyirik. Əminik ki, Onlayn Media Klubu bu sahədə öz sözünü deyəcək, ictimai fikrə təsir imkanlarını artıra biləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq