“Başlıca məqsəd bu bəladan minimum itkilərlə çıxmaqdır”
Turan
12:57 10.06.2020
Cəmiyyət
742
“Atılan addımların mərkəzində Azərbaycan vətəndaşı dayanır”
“Əgər ölkə başçısı maska taxırsa və bunun önəmini dəfələrlə dilə gətirirsə, hər bir kəs də ondan nümunə götürməli və maska taxmalıdır”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Siyasi şərhçi bildirib ki, ölkəmizdə daha üç modul tipli xəstəxananın istifadəyə verilməsi COVID-19 pandemiyasının yayılması ilə mübarizədə olduqca əhəmiyyətli addımdır:
“Bu tip xəstəxanaların quraşdırılması ölkənin səhiyyə sisteminə əlavə imkanlar yaradır. Azərbaycan dövləti ilk günlərdən məsələyə sistemli yanaşma ortaya qoydu. Bu da özünü koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdən ibarət idi.
Daha 6 kompleksin bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Bu amilin özü də pandemiya ilə mübarizədə ölkənin bütün ərazilərində əhəmiyyətli addımların atılmasından xəbər verir. Bundan əlavə, təqdirəlayiq məqam odur ki, özəl sektor da dövlətin işinə dəstək göstərir. Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu çətin zamanda maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım edirlər. Atılan addımların mərkəzində Azərbaycan vətəndaşı dayanır. İlk və başlıca məqsəd bu bəladan minimum itkilərlə çıxmaqdır”.
Şəbnəm Həsənova vurğulayıb ki, son 10 gün ərzində yoluxanların sayı artdı ki, bu da yumşalma dövründə bəzi vətəndaşların məsuliyyətsizlik nümayiş etdirməsindən qaynaqlandı:
“Dünya praktikası bizə başqa mənzərədən xəbər verir. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər ev şəraitində müalicə alırlarsa, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Elə bu səbəbdəndir ki, cənab Prezidentin rəhbərliyi altında atılan bütün addımlar həm Azərbaycan vətəndaşları tərəfindən, həm də beynəlxalq aləmdə təqdirlə qarşılanır. Bu isə ondan xəbər verir ki, bu çətin dövrdə belə Azərbaycan beynəlxalq aləmdə siyasi cəhətdən, eyni zamanda iqtisadi və sosial sahədə də özünü güclü dövlət kimi göstərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq