Bayram günlərində metronun iş rejimi dəyişdiriləcək
Bayram günlərində metronun iş rejimi dəyişdiriləcək
10:01 12.06.2024
Cəmiyyət
349
15 iyun - Milli Qurtuluş Günü, eləcə də 16-17 iyun - Qurban bayramı ilə əlaqədar Azərbaycanda elan edilmiş 5 qeyri-iş günü ərzində Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
“Bakı Metropoliteni” QSC-dən Bakupost.az -a verilən məlumata görə, “Qırmızı xətt”in “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 15, 16, 17 və 19 iyun tarixlərində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə, iyunun 18-də isə həmin sahədə 3 dəqiqəyə bərabər intervalla tənzimlənəcək. “Yaşıl” və “Qırmızı xət”lərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.
Qeyri-iş günlərində bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkilini, eləcə də milli adət-ənənəmizə uyğun bayramlaşma, gəzinti və asudə vaxtdan səmərəli istifadə ediləcəyini nəzərə alaraq, metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsinin mümkünlüyü nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Bununla yanaşı, stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq.
Zəruri hallarda xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.
Qeyri-iş günlərində “Bakmil” stansiyasına qatarların hərəkət cədvəlləri də dəyişdirilərək, 15, 16, 17 və 19 iyun tarixlərində şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya