ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi təqdirdə Donald Trampın dəstəyini qazana biləcəyini bildirib.
Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb.
“Düşünürəm ki, seçki yarışına qoşulsam, Prezident məni dəstəkləyər”, – o qeyd edib.
Bununla belə, Vens 2028-ci il prezident seçkilərində iştirakla bağlı hələ qərar qəbul etmədiyini və bu məsələni Trampla müzakirə etmədiyini vurğulayıb.
Vitse-prezident hazırda əsas diqqətinin noyabrda keçiriləcək Konqresə aralıq seçkilərinə yönəldiyini bildirib.
“Məqsədim noyabrın əvvəlində mümkün qədər çox respublikaçının seçilməsidir. 2028-ci ildə nə edəcəyimə hələ qərar verməmişəm”, – Vens əlavə edib.