BDU-nun Qazax filialında Zəfər Gününə həsr edilmiş silsilə tədbirlər... - Fotolar
Yusif Nəzərli
12:11 01.11.2022
Cəmiyyət
537
Bakı Dövlət Universitetinin Qazax filialında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə filialın məzunu olmuş Vətən müharibəsi şəhidi, leytenant Məhəmməd Məmmədovun, eləcə dəQazax rayonundan olan Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirildiyi guşələrin açılışı olub. Eyni zamanda, şəhid məzuna həsr olunmuş “Adını tarixə yazdı” adlı kitabın təqdimatı keçirilib.
"Sherg.az" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Səməd Seyidov, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçıları 8 Noyabr – Zəfər Günü ilə əlaqədar filialın tələbələrinin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş M.Məmmədovun keçdiyi şərəfli ömür və döyüş yolundan danışıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirddə çıxış edərək filialda şəhid məzunun xatirəsi əbədiləşdirirən guşələrin yaradılmasını yüksək qiymətləndirib, tələbələrin belə bir qəhrəman oğulun məzunu olduğu filialda təhsil almaları ilə qürur duyduqlarını vurğulayıb.
Millət vəkili Səməd Seyidov öz çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı bahasına 44 günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycanın qalib ölkə kimi bundan sonra da böyük zirvələr fəth edəcəyini söyləyib.
Filialın Mətbuat Xidmətinin rəhbəri, şair-publisist Elçin İsmayıl Vətən müharibəsi şəhidlərinin xatirəsinə qələmə aldığı “Qanları ilə dastan yazanlar”, “Yarımçıq qalmış şeir dəftəri” kitablarının davamı olaraq şəhid leytenant M.Məmmədovun xatirəsinə yazdığı “Adını tarixə yazdı” kitabından söz açıb.
Şəhidin atası Zakir Məmmədov göstərilən diqqət və qayğıya görə ailəsi adından öz dərin minnətdarlığını bildirib.
Tədbirin sonunda filialın idman zalında Zəfər Gününə həsr olunmuş tələbələr arasında sərbəst güləş üzrə turnirin final mərhələsi keçirilib, qaliblərə Fəxri Fərmanlar təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi