Berlində Ermənistanın hərbi cinayətlərinə etiraz məqsədilə avtoyürüş keçirildi - FOTO
Yusif Nəzərli
16:40 10.10.2022
Cəmiyyət
405
Almaniyanın Berlin şəhərində Azərbaycan həqiqətləri ilə bağlı avtomobil yürüşü keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtın mərkəzi küçələrində baş tutan və maarifləndirici xarakter daşıyan aksiya zamanı Azərbaycan bayraqlarına bürünən avtomobillərin üzərində “Qarabağ Azərbaycandır!”, “Azərbaycan müharibə əleyhinədir!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Azərbaycan torpaqlarında erməni əsgərlərinə YOX!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənistan, itkin düşmüş azərbaycanlılar barədə məlumat ver!”, “Ermənistanın hərbi cinayətlərinə son qoyulsun!” və s. şüarların yazıldığı plakatlar nümayiş etdirilib.
Başlıca məqsəd indiyədək Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında minalar basdırmağa cəhdlər göstərməsinə, rəsmi İrəvanın itkin düşmüş azərbaycanlılar haqqında məlumatları verməkdən boyun qaçırdığına, Ermənistanın ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərinə, o cümlədən Edillidə tapılmış kütləvi məzarlıqlara, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və yeniyetmələrin öldürüldüyünə etiraz səsini ucaltmaq olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə