“Bir olmağımız, bütövlüyümüz şərtdir”-Nikbin olaq !
Turan
13:28 19.03.2020
Cəmiyyət
783
Əflatun Amaşov:”Dövlətimiz üçün vətəndaşın təhlükəsizliyi, sağlamlığı, rifahı, ölkədəki asayişin qorunması hər şeydən vacibdir”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımıza Novruz təbrikində səsləndirdiyi fikirlər nikbinlik yaradır. Amma bu nikbinlik üçün bir olmağımız, bütövlüyümüz şərtdir”.
“Sherg.az”ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Feysbuk səhifəsində yazıb.
MŞ sədri bildirib ki, dünyanı cənginə almış təhlükəli koronavirus pandemiyasına qarşı birliyimiz, özümüzə və ətrafdakılara münasibətdə ortaya qoymalı olduğumuz məsuliyyət hissimizlə qalib gəlməliyik:
“Prezident İlham Əliyev çıxışında əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi. O, hər bir vətəndaşın arxasında dövlətin dayandığını, dövlətin vətəndaşı qorumaq üçün bütün potensialını işə saldığını vurğuladı. Dövlət başçısının sözlərindən böyük təminat ola bilməz. Bəli, xalqımızdan indiyədək görünməyən fədakarlıq tələb olunur. Siyasi baxışlarından, mövqeyindən, hadisə və proseslərə yanaşmasından asılı olmayaraq, hər kəsin bu tələbə adekvat davranması şərtdir. Gün sözün əsl mənasında vətənpərvərlik günüdür. Vətənpərvərliyi hər kəs öz əməlində yaşatmalıdır. Biz bəşəri sınaqdan çıxmaq əzmimizi nümayiş etdirməliyik. İmkan verməməliyik ki, hansısa təxribatçı qüvvələr koronavirusun yaratdığı durumdan bəhrələnərək mənfur niyyətlərini gerçəkləşdirmək üçün meydan qazansınlar. Hər bir vətəndaş ilk növbədə dövlətinə sığınmalıdır. Dövlətin müəyyənləşdirdiyi kursa uyğun davranmalıdır. Dövlətimiz üçün vətəndaşın təhlükəsizliyi, sağlamlığı, rifahı, ölkədəki asayişin qorunması hər şeydən vacibdir. Cənab Prezident də çıxışında bunu vurğuladı. Onun mövcud istiqamətdəki qətiyyətli mesajları da əminlik yaradır. Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməliyik. Bu, öhdəliyimizdir. Dövlət başçımız öhdəlikdəki məcburiyyəti yada salmaqla yanaşı, gərginliyi də götürür, hər bir vətəndaşı xalqımızın gen yaddaşına hopmuş nəcib dəyərləri – qayğıkeşliyi, nəvazişi ortaya qoymağa çağırır. Bu isə son dərəcə mühüm məsələdir”.
Ə.Amaşov vurğulayıb ki, jurnalistlərimiz də Prezidentin səsləndirdiyi fikirlərə adekvat münasibət göstərməlidir:
“Onlar cəmiyyətin aktiv kəsimidir. Bu gün ən müxtəlif istiqamətlərdə iş rejimində məhdudiyyətlər ola bilər. Amma media elə spesifik sahədir ki, burada hansısa məhdudiyyətlər olmamalıdır. Əksinə daha ciddi şəkildə fəaliyyət göstərilməlidir. Fəaliyyət isə ilk növbədə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi kursa, yəni şəraitin diqtə etdiyi tələblərə uyğun tərzdə qurulmalıdır. Bu gün Azərbaycan koronavirusa qarşı həyata keçirilən əməli tədbirlərlə bütövlükdə dünya üçün örnək sayılır. Qabaqlayıcı, önləyici işlər öz faydasını verir. Cənab Prezident də çıxışında mövcud məqamı qabartdı. Amma o, eyni zamanda arxayınlaşmaq üçün əsasın olmadığına dair mesajlar da verdi. Çünki dünya indiyədək az-az rast gəlinən kütləvi bəla ilə üz-üzədir. Biz bunu bütün varlığımızla dərk etməliyik. Cəmiyyətdə məsuliyyət hissinin artırılması üçün media əzmlə çalışmalıdır. Redaksiya rəhbərləri daha məsuliyyətli olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi