BMU-nun rektoru Fransanın nüfuzlu universitetlərinin professorları ilə görüşüb
Yusif Nəzərli
15:45 20.05.2022
Cəmiyyət
516
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Fransanın Paris-Saclay Universitetinin PhD ilə bağlı beynəlxalq əlaqələr koordinatoru, prof. Rachid Bennacer və Lorraine Universitetinin professoru Mohammed El Ganaoui ilə görüşüb.
Bu barədə "Sherg.az"a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumatda qeyd olunur ki, hər iki qonaq BMU və Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq” beynəlxalq konfransında iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Rektor Havar Məmmədov BMU, burada tədris olunan ixtisaslar, həyata keçirilən beynəlxalq proqramlar barədə ətraflı məlumat verib. Ölkəmizdə ilk dəfə baş tutacaq konfransın önəmindən danışan rektor Azərbaycanın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə güclü inkişaf yolu keçdiyini vurğulayıb. Azərbaycanın innovativ mühəndisliyin tətbiqi sahəsində də uğurlar qazandığını deyən Havar Məmmədov beynəlxalq konfransda aparılacaq elmi müzakirələrin, fikirlər və təkliflərin əhəmiyyətli olduğunu söyləyib.
Ölkəmizlə bağlı xoş təəssüratlarını çatdıran qonaqlar BMU-da olmaqdan məmnunluqlarını ifadə ediblər.
Görüşdə konfrans barədə geniş məlumat verilib və beynəlxalq tədbirdə Kanada, ABŞ, Fransa, Rusiya, İspaniya, İtaliya, Avstraliya, İsrail, eləcə də digər Asiya və Avropa ölkələrindən 100-ə yaxın mütəxəssisin iştirakının gözlənildiyi bildirilib. Bununla yanaşı, Fransanın Lorraine Univeritetinin keçirdiyi “Materiallar və enerji konfransı”nın (http://www.icome.ecam-epmi.fr/) təşkilat komitəsinin BMU-da təşkil ediləcək konfransa (İCTEA) qatılmağa qərar verdiyi xüsusi vurğulanıb.
Daha sonra görüşdə BMU ilə hər iki universitet arasında gələcək əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə