Bu il Azərbaycanda 13 min 310 cinayət faktı qeydə alınıb
12:32 05.08.2020
Cəmiyyət
586
Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluqda aparılan mütərəqqi islahatların gedişi ilə bağlı ümumi vəziyyəti müşavirə iştirakçıları ilə tanış etdikdən sonra qurumun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad edib, hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, əhalinin hər 100 min nəfərinə düşən 132 cinayətin sayına görə ölkəmizin MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq, ən təhlükəsiz və sabit dövlətlərdən biri olduğunu qeyd edib.
Bildirilib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam edib, 2020-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,5 %-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5%-i ağır və xüsusilə ağır növlər təşkil edib.
Həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtonəqliyyatın qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb, cinayətlərin açılması 82,1% təşkil edib.
Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilib, 103 cinayətkar qrup zərərsizləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm