Bütün istilik qazanxanaları işə salınıb
Yusif Nəzərli
20:15 17.11.2022
Cəmiyyət
431
50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb ki, bu da istiliyin verilməsində problemlər yaradır
Paytaxtda noyabrın 15-i istlik mövsümü hesab edilir, lakin bir çox yaşayış binalarının istiliklə təminatında problem yaşanır. Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 77, 87, 89, 91-93 ünvanlarında yerləşən binalara istiliyin verilməməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə “Xezer-xeber.az” məlumat verib. Bildirir ki, istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıb. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb. Havaların qeyri-sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini bir az da çətinləşdirib. Bənzər mənzərə Xətai rayonu Telnov 3, Yasamal rayonu, Yeni Yasamal 1, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov 15 q ünvanlarında da yaşanır.
Məsələ ilə bağlı "Azəristiliktəchizat"ın rəsmisi Elvin Basqallı "Xəzər Xəbər"ə bildirib ki, bütün qazanxanalar qrafik üzrə işə salınıb. Bəzi yerlərdə rejim tənzimləmələrinə görə müəyyən problemlər var və bunların hamısı da bir-bir aradan qaldırılır. Daxil olan müraciətlər əsasında işlər görülür. Bununla bərabər hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb ki, bu da istiliyin verilməsində problemlər yaradır. Hazırda bununla bağlı aidiyyəti üzrə müraciət olunub.
Yaranmış problemlə bağlı “Azəristiliktəchizat” ASC ilə dünən təkrar əlaqə saxladıq. Qurumun mətbuat katibi Elvin Basqallı “Şərq”ə açıqlamasında qeyd etdi ki, adıçəkilən ünvanlardakı binaların istiliklə təmin edilməsi istiqamətində hazırda işlər davam etdirilir. Xətai rayonu, Telnov küçəsi 3, Yeni Yasamal 1 və Hövsan qəsəbəsi, Elman Qasımov 15 q. ünvanlarında istiliyin verilməsi bərpa edilib. Digər ünvanlarda da günün sonunadək problemin həll olunacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm