“Cəsur döyüşçü” medalı ilə təltif olunan qazi: “Səs dinləmə cihazı quraşdırmışdılar ki…”
Banuçiçək Kalbalıyeva
10:30 14.01.2021
Cəmiyyət
838
Vətən müharibəsi Azərbaycan tarixinə zəfər salnaməsi kimi düşdü. Tarixin bu qızıl səhifələrini yazanlar isə, əlbəttə, döyüşçülərimizdir. Biz cəbhədən yeni xəbər gözləyəndə, onlar keçilməz cığırlarla, mürəkkəb dağ yolları ilə irəliləyirdilər. Hansı çətinliklərdən keçdiklərini heç birimiz təsəvvür edə bilmərik. Amma onlara borcumuz var. Vətəndaşlıq, vəfa borcu.
44 günlük döyüşlərdə əzmlə, cəsarətlə mübarizə aparanlardan, şücaət nümunəsi göstərənlərdən biri də Elmir Səftərovdur. O, 1996-cı ilin mart ayının 24-də Şamaxıda anadan olub. Şamaxı rayonu Heydər Hüseynov adına Çarhan kənd orta məktəbində təhsil alıb. 2013-cü ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2019-cu ildə isə hərbi xidmətə yollanıb.
Özünün “Sherg.az”a dediyi kimi, bundan sonra yaşadıqları xatirəsində əbədi iz qoyub:
“Bölmələrimiz hələ Tovuz hadisələri zamanı Kəlbəcər və Ağdərə istiqamətində düşmənə zərbə vurmaq üçün hazır vəziyyətə gətirilmişdi. Mən AQS-30 atıcısı idim və bu silahdan istifadəni kifayət qədər mənimsəmişdim. Ümumiyyətlə, keçirilən hazırlıqlarda nümunəvi xidmətlə fərqlənmiş, özümü yaxşı tərəfdən göstərmişdim. İş elə gətirdi ki, ilk günlərdən etibarən İkinci Qarabağ müharibəsinin iştirakçısına çevrildim. Taborumuz Kəlbəcər istiqamətində hərəkətə keçdi.
Amma müharibə başladıqdan üç saat sonra komandirimizin şəhadətə qovuşması və ərazinin relyefinin mürəkkəbliyi əməliyyatımızı ləngitdi. Beləliklə, Talış, Suqovuşan istiqamətində hücum əməliyyatına davam etdik. Xeyli şəhid, yaralımız oldu. Lakin heç nə bizi yolumuzdan döndərə bilmədi. Oktyabrın 1-də yüngül dərəcəli travma aldım. Sağalandan sonra yenidən ordu sıralarına qatıldım”.
Qazimizin sözlərinə görə, düşmən məğlub olmamaq üçün bütün hiylələrdən istifadə edib:
“Onu da deyim ki, digər istiqamətlərdəki bölmələrdən fərqli olaraq biz birbaşa, yəni xüsusi təyinatlı qoşunsuz, Bayraqdarsız, Haropsuz hücuma keçirdik. Dediyim kimi, relyef çox çətin idi.
Ərazi meşəliklərlə əhatələnmişdi. Yollar və hücuma keçəcəyimiz yerlər isə mina ilə dolu idi. Minaya düşə bilməyəcəyimiz istiqamətlə irəlilyirdik. Lakin bu da ziyanımıza idi.
Çünki hiyləgər düşmən bilərəkdən bizi mühasirəyə salmaq istəyirdi. Düzü, bir neçə dəfə bacarmışdılar da. Amma biz də əzmlə irəliləmiş və ermənilərin bir neçə postunu almışdıq.
Ən mühüm postları betonlarla əhatələnmişdi. Üstəgəl, bizi kameralarla izləyirdilər. Bu azmış kimi yerə səs dinləmə cihazı da quraşdırmışdılar ki, gəldiyimizi bilib tədbir görsünlər. Hava isə çox dumanlı idi.
Hər vəchlə irəliləməyimizə mane olmaq istəyirdilər. Biz belə vəziyyətdə döyüşürdük. Təcrübəmizin az olmasına, ərazini tanımamağımıza rəğmən, cəsarətimiz qələbəyə kifayət etdi.
Bir çox döyüş yoldaşlarım kimi, mən də şücaətimə görə “Cəsur döyüşçü” medalı ilə təltif olundum. Allah zəfərlərimizi bol eləsin!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm