Noyabr ayı ərzində “Rəqəmsal Media Ayı” keçiriləcək

Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayında “Rəqəmsal Media Ayı” keçiriləcək.

Bu barədə Sherg.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, “Rəqəmsal Media Ayı”nın əsas məqsədi rəqəmsal media sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, media savadlılığının artırılması, etibarlı və məsuliyyətli məzmun yaradıcılığının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.

Ay ərzində müxtəlif hədəf qruplarını əhatə edən maarifləndirmə proqramlarının, praktiki təlimlərin, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur.