Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında vəfat edib.
Bu barədə APA-ya onun ailə üzvləri məlumat veriblər.
Qeyd edək ki, Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1972-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan alim Səməd Vurğun, İlyas Əfəndiyev və digər ədiblərin yaradıcılığına dair tədqiqatların müəllifidir. Onun “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman” və digər elmi əsərləri nəşr olunub.