Bu zaman sual yaranır, onların bu prosesə cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaqmı?
Çimərliklərdə könüllülər ara məsafəsini qoruyacaq
07:49 06.08.2020
Cəmiyyət
667
Ekspertlər hesab edir ki, maarifçilik işləri mütləq şəkildə artırılmalıdır
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərtləşdirilmiş karantin rejimində müəyyən yumşalmalar oldu. Belə yumşalmalardan biri də çimərliklərin açılması idi. Məlumdur ki, uzun müddətlik həsrətdən sonra insanların çimərliklərə axını kütləvi şəkildə olacaq. Operativ Qərargah yoluxma sayının artmaması və insanların rahat şəkildə dincəlməsini təmin etmək məqsədilə bütün lazımi tədbirləri həyata keçirir. Bunun nəticəsidir ki, prosesə “ASAN könüllülər” də cəlb olunub.
Bu zaman sual yaranır, onların bu prosesə cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaqmı?
Mövzu ilə bağlı “Şərq”ə danışan Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “ASAN könüllülər”in prosesə cəlb olunmasını müsbət qiymətləndirib. O, uzun müddət karantindən sonra bu cür yumşalmaların vacib bir məsələ olduğunu xüsusilə vurğulayıb:
“Təbii ki, uzun müddətlik karantindən sonra müəyyən yumşalmaların olması gözlənilən hal idi. Amma çimərliklərlə bağlı qərarların verilməsini bir qədər gecikmiş qərar hesab edirəm. İyul ayında bu qərar verilsəydi daha məqsədəuyğun olardı, çünki indi havalar bir qədər soyuyub. İyul ayında isə havalar çox yaxşı keçirdi”.
M.Zülfüqarlı digər vacib məqamı vurğulayıb:
“Bildiyimiz kimi, könüllülük-gənclərin yeni inkişaf modelidir. Bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də bir sıra mühüm, beynəlxalq tədbirlərdə könüllülərin əməyindən yüksək istifadə edildi və müsbət nəticələr əldə olundu. Çimərliklərdə də onların əməyindən istifadəsini yüksək qiymətləndirirəm. Amma bunu xüsusi qeyd edim ki, Azərbaycanda çimərliklərdə məsafə saxlamaq dədə-babadan var. Abşeron kəndlərində insanlar bir-birindən məsafə saxlamağı yaxşı bilirlər, yəni onlara nəzarət etməyə ehtiyac yoxdur.
Bir məqamı nəzərə alaq ki, çimərliklərin açılması və uzun müddətlik karantin ilə əlaqədar olaraq şəhərdən güclü axının olacağı sözsüzdür. Buna görə də çimərliklərdəki insanlara nəzarətin olunması vacibdir və bu məsələni yüksək qiymətləndirirəm.
Əslində bu proses hər bir insanın özündən asılıdır. Yəni qoyulan qanunlara riayət edilməsi, öz hüquqlarını müdafiə edilməsi və sair kimi məsələlər. Ona görə də maarifçilik işləri mütləq şəkildə artırılmalıdır. Hər bir insan anlamalıdır ki, yalnız özü-özünü qorumalıdır.
Əgər insan özü-özünü qorumursa, nə qədər qərarlar və qadağalar olsa da heç bir xeyri yoxdur. Misal olaraq, siqaretlə bağlı dəfələrlə maarifləndirici təbliğatlar gedir ki, ziyandır. Amma insanlar buna məhəl qoymur. Ona görə də insanlara başa salmaq lazımdır ki, bu virus tək özünüzü zəhərləmir, öz doğmalarınızı da xəstələndirir. Heç olmasa doğmalarının xatirinə öz sağlamlıqlarının qeydinə qalsınlar. Hər halda arzu edək ki, bu virusdan tezliklə yaxa qurtaracağıq”.
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya