Daha bir qrup Vətən müharibəsi veteranına avadanlıqlar təqdim edilib
Yusif Nəzərli
15:30 29.09.2022
Cəmiyyət
458
Müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu tədbirlər çərçivəsində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvləri və Vətən müharibəsi veteranlarının özünüməşğulluq proqramına cəlbi və aktivlərlə təminatı işləri davam etdirilir.
Bu dəfə Şərqi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən bir qrup müharibə veteranına seçdikləri biznes istiqamətlər üzrə mal və materiallar təqdim edilib. Onlara avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, un məmulatları istehsalı və avtotəmizləmə xidmətləri zərfi üzrə iş fəaliyyətini təşkil etmək üçün bütün lazımi avadanılıqlarla təmin ediliblər.
Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilib, daha sonra isə qiymətləndirmədən keçib. Aktivlərlə təmin olunan şəxslərə bundan sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər veriləcək, özünüməşğulluq fəaliyyətinin 1 il ərzində monitorinqi aparılacaq.
Qeyd edək ki, təkcə bu ilin ötən dövründə proqram çərçivəsində 2080 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib.
Ümumilikdə postmüharibə dövründə 13 400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya