Dəhşət! - Uşaqlar dilənçiliyə məcbur edilir
Yusif Nəzərli
06:29 02.11.2022
Cəmiyyət
373
O insanlarda vicdan və mənəviyyat yoxdur
"Əməyi istismar olunan, küçələrdə dilənçilik edən uşaqların əksəriyyətinin arxasından valideyn faktoru çıxır"
Bakıda azyaşlıları dilənçiliyə məcbur edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsi, Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə Bakı metrostansiyalarında dörd azyaşlını dilənçiliyə sövq edən 1984-cü il təvəllüdlü R.Məmmədova saxlanılıb.
O, qohumlarının övladlarını dilənçiliyə sövq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallara baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Məmmədova 10 gün müddətində inzibati həbslə tənbeh edilib.
Azyaşlıların valideyinləri Polis Şöbəsinə dəvət olunaraq profilaktiki söhbətlər aparıldıqdan sonra övladları onlara təhvil verilib.
"Sherg.az"a danışan sosioloq Lalə Mehralının sözlərinə görə, uşaqların dilənçiliyə məcbur edilməsi uşaqların hüquqlarının pozulması deməkdir. Bu da valideynin məsuliyyətsizliyindən irəli gəlir: “Bu gün valideynlərin böyük əksəriyyəti uşaq hüquqlarına hörmətlə yanaşmır. Əməyi istismar olunan, küçələrdə dilənçilik edən uşaqların əksəriyyətinin arxasından valideyn faktoru çıxır. Bəzi valideynlər belə düşünür ki, uşaq işləməli, evə gəlir gətirməlidir. Təbii ki, sosial ehtiyacı olan ailələr var ki, belə ailələrdə uşaqların çalışması az da olsa başadüşüləndir. Amma bir çox ailələr var ki, valideynlər evdədir, çalışmır, amma uşaqları ya dilənçiliyə, ya da əməyə məcbur edirlər. Küçədə dilənən, səfil həyat sürən uşaqları çox vaxt bu işə valideynləri və ya “himayədarları” məcbur edir. Bu isə uşağa qarşı cinayətdir. Əlbəttə, buna qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər aparılmalıdır. Uşağın hər hansı bir şəkildə əməyinin, özünün istismarı qəbuledilməzdir. Bu, konvesiyalara da, bizim milli qanunvericiliyimiz və mənəviyyat qanunlarımıza da ziddir.
Bu qadın 4 azyaşlını valideynlərindən xəbərsiz necə dilənçiliyə sövq edib? Bu, mümkünsüz bir şeydir. Çox güman o uşaqların diləndirilməsində valideynlər özləri də maraqlı olub və əldə olunan gəlirdən onlara da pay düşürmüş. Hesab edirəm ki, həmin şəxslə birlikdə valideynləri də həbs etmək lazım idi. Amma bu cür cinayət qarşılığında 10 gün çox azdır.
Belə çıxır ki, 10 gündən sonra azadlığa buraxılacaq ki, istədiyin qədər uşağı dilənçiliyə sövq edə bilərsən. Bu insanlarda vicdan və mənəviyyat yoxdur ki, islah olunsunlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region