Dəhşətli qəzada ölənlər şəhidin qardaşı ilə jurnalistin oğlu imiş
Dəhşətli qəzada ölənlər şəhidin qardaşı ilə jurnalistin oğlu imiş
Yusif Nəzərli
13:11 31.10.2022
Cəmiyyət
305
İki gün əvvəl Yevlaxda baş vermiş ağır qəzada xəsarət alan azyaşlılar Bakıda xəstəxanaya yerləşdiriliblər.
Yevlax Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin qardaşı Həsən Mirzəyevin idarə etdiyi avtomobilin qəzaya uğraması səbəbindən xəsarət alan sürücünün övladları paytaxta göndəriliblər.
Bildirilib ki, qəzada şəhidin 41 yaşlı qardaşı və onun sərnişini olan 44 yaşlı Rüfət Həmidov hadisə yerində vəfat ediblər. Rüfət Həmidov Yevlaxda fəaliyyət göstərən “Kür” qəzetinin jurnalisti Ramiz Həmidovun oğludur.
Dəhşətli yol qəzası Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində baş verib. H.Mirzəyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Şəhidlər xiyabanının hasarına çırpılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən Elçin Mirzəyev 2020-ci ilin oktyabrın 10-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi üç gün sonra Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Elçin üç medalla - “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm