Deputatdan ağıllı yanaşma: "Hər şeyi faciəli deyil, ciddi qəbul etmək lazımdır"
Yusif Nəzərli
08:37 23.03.2020
Cəmiyyət
975
"Adam bütün günü evdə necə oturmalıdır? Yatmanın bəlli saatları var. Həyət evində yenə də azacıq həyət sahəsi varsa, orada gəzişmək mümkündür. Ən çətini çoxmənzilli binada yaşayanlar üçündür".
Bu barədə "Sherg.az"a millət vəkili Fazil Mustafa bildirib. Deputat qeyd edib ki,
adam əsasən televiziya verilişlərini seyr etməlidir:
"Bəlkə də ən çox vaxtını internet məkanında keçirməlidir. Ən ciddi iş isə kitab oxumaqdır. Televiziyanı seyr etməkdən adam yorulur, sosial şəbəkədə də saatlarca qalmaq usandıra bilir, kitab oxumağı da sevmir. Bu ərəfədə ən çox valideynlərə əziyyət verən uşaqlardır. Onlar da planşetə, mənasız oyunlara vərdiş etdiklərindən kitaba, mütailəyə münasibətləri mənfidir. Hal belə olunca, hamı darıxmağa başlayır. Küçəyə çıxıb, dedi-qodu, lağlağı ilə yaxud da qonşuları ilə təmas qurub vaxtı öldürməyə zərurət yaranır. Doğrudur, televiziyadan, internetdən aldıqları məlumatlar, ölüm sayları bir az qorxudur, ancaq yenə də ciddiləşə bilmirlər. Haradasa Allahın bunlara imtiyazlı baxacağına ümidləri böyükdür. Bu ümidi də ən çox Allaha layiqincə bəndəlik etməyənlər özlərinə təlqin edirlər. Bizdə yumor populyar deyil. Yumor təhsil səviyyəsi yüksək cəmiyyətlərin həm də keyfiyyət göstəricisidir. Bizdə lağlağı janrı inkişaf edib, güldüklərimiz əsla yumor deyil. Diqqət yetirin, bir nəfər də olsun yumorist yazarımız yoxdur. Heç tragediya janrı da bizdə populyar deyil. Belə bir yazarımız da yoxdur. İslam adına yaşadığımızı düşündüyümüz dinimizdə belə gülməyimiz və ağlamağımızın motivlərinə diqqət etsək, mənasızlıqdan, bayağılıqdan başqa bir şey tapa bilməzsiniz. 1871-ci ildə baş vermiş Paris kommunasını darmadağın edən dövlət xadimi Tyerin məşhur sözündə deyildiyi kimi, hər şeyi faciəli deyil, ciddi qəbul etmək lazımdır. İndi hökümət, tanınmış adamlar hamını bu epidemiya dövrünə ciddi yanaşmağa çağırır, bağırır, dünyanın hər yerindən üzücü məlumatlar gəlir, bizdə insanlar qarnını və lağlağısını önlərinə tutub yeriyirlər. Fikrimcə, maarifçilik, aydınlatma əhalinin əhəmiyyətli çoxluğu üçün bir şey ifadə etmir. Hələ də bayram deyib qohum-əqrabanı, yaxınlarını ziyarət edənlər var. Küçədə bir-birinin ağzının içinə girib söhbətləşənlər var. Gec çatır, anlamırlar. Qısacası, xalqımızın müəyyən hissəsini küçədən evə yığmaq nəsihətlə mümkün olmur. Yerlərdən aldığım, kənardan müşahidə etdiyim durum bunu söyləməyə əsas verir. Tarix göstərir ki, nəsihətlə düzəlməyənlər, müsibətlə də düzəlmirlər".
Deputatın fikrincə, fövqəladə vəziyyət də daxil, ən sərt tədbirlərə əl atılmalıdır: "Bazarlar və metro bağlanmalı, evlərdən zərurət olmadıqca çölə çıxmanı yasaqlayan komendant saatı tətbiq olunmalıdır. Əks halda bizdə də arzuolunmaz durumun yaranması qaçılmazdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm