Deputatlara xaricə getmək qadağan olundu - Sərəncam
13:08 18.03.2020
Cəmiyyət
604
Milli Məclisin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar parlamentdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Milli Məclisin komitə və komissiyalarının iclaslarının, parlamentin Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın.
Bidirilir ki, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə həyata keçiriləcək.
Sərəncama əsasən, deputatların və Milli Məclis əməkdaşlarının ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılır.
Həmçinin, Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılıb ki, vətəndaşların qəbulu müvəqqəti dayandırılsın.
Qeyd olunur ki, deputatların köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsilə qəbul edəcəklər.
Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə tapşırılıb ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq etsinlər.
Bununla yanaşı, işçilərdə və ya onların ailə üzvlərindən birində respirator xəstəliklər, halsızlıq və digər oxşar hallar olduğu təqdirdə həmin işçilərin rəhbərliyə məlumat verməklə tam sağalanadək işə çıxmaması tövsiyə edilib.
Sərəncamda bildirilib ki, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iş günü ərzində xüsusi ehtiyac olmadan iş otağını tərk etməsinlər, zərurət olmadan digər şəxslərlə təmasda olmasınlar.
Parlamentin əməkdaşlarına virusun yayılmasının qarşısını almağa kömək edəcək ehtiyat tədbirlərinin görülməsi, o cümlədən həkim məsləhətlərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət olunması tapşırılıb.
Milli Məclisin tibb məntəqəsinə tapşırılıb ki, virusun yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işi aparsın.
Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçiriləcəklər.
Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya edilməlidir.
İşlər İdarəsi parlamentin bütün inzibati binalarının dəhlizlərində antiseptik vasitələrin qoyulmasını və gündəlik təzələnməsini təmin etməlidir.
Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi