DİQQƏT ! Konfetin içərisində udduğu iynəni boğazından son anda çıxardı - FOTO
Nihat Müzəffər
10:18 15.07.2019
Cəmiyyət
1308
Bakıda “Elvan” şirkətinin istehsalı olan “Toffix” konfetlərinin içərisindən iynəyə bənzər dəmir parçası çıxıb. Bununla bağlı sakinlər sosial şəbəkədə paylaşım edib. Zərərçəkən bildirib ki, iynəyə bənzər dəmir parçasını son anda boğazından çıxarıb. Məsələyə aydınlıq gətirən şirkət bazarda himin məhsulların saxtası və bənzərinin çox olduğunu deyib.
Ümumiyyətlə, son vaxtlar qida məhsullarının içərisindən müxtəlif yad cisimlərin çıxması halı ilə tez-tez qarşılaşırıq. Hər zaman da bu hadisə geniş müzakirələrə səbəb olur və kəskin pislənilir. Buna rəğmən yenə də qida məhsullarının içərisindən müxtəlif cisimlərin çıxması halı azalmaq bilmir.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a söyləyib ki, belə halların sayı çoxdur:
“Ofisimizə bu kimi şikayətlər çox gəlir. Eyni zamanda sosial mediadan da görürük ki, çörəyin, yağın içərisindən müxtəlif yad cisimlər çıxır. Təbii ki, istehlakçılar bu kimi problemlərdən narahat olur.
Amma bəzən bu cür informasiyaların 95 faizi yalan olur. Yəni, inkişaf etmiş bir şirkətlə rəqabət aparan digər istehsalçılar belə dezinformasiya yayır. Lakin bəzi hallarda da kiçik istehsal yerlərində məhsulların içərisindən yad cisimlərin aşkarlanması birbaşa işçi səhlənkarlığından və ya anti- sanitar məkanda iş görülməsi ilə bağlı olur. Məsələn, bir müddət əvvəl çörək sexində yoxlama apardım. Gördüm ki, qadınlar qulaqlarında sırğa, boyunlarında muncuq iş görürlər.
Həmin an irad tutdum ki, hər an o zinnət əşyası məhsulun tərkibinə qarışa bilər. Amma iri şirkətlərdə, sexlərdə məhsullar müasir texnologiya ilə hazırlandığı üçün onların tərkibində yoxlamalar aparılır.
Ona görə də o cür iri istehsal sexlərində məhsullar tam sanitar normalara uyğun hazırlanır. İndiki məlumatı da dezinformasiya kimi qiymətləndirirəm , amma istisna da ola bilər.
Ona görə də Qida Təhlükəsizliyi Agentliyi bütün qida sektorunda düzəliş sistemi həyata keçirməlidir.
Əgər bir məhsulun içərisindən yad cismin aşkar olunması sübut olunarsa, o zaman məhkəməyə müraciət edilib, hüquqi tənzimləmə həyata keçirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm