Dövlət başçısına məktub: “Gənc və müstəqil Azərbaycan bir çox sahələrdə dünya ölkələrinə nümunə göstərilir


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Quba rayonunun Vladimirovka kəndindən Ənvər Səidovun məktubunda deyilir: 
“Hörmətli cənab Prezident, gənc və müstəqil Azərbaycan Respublikası bu gün bir çox sahələrdə dünya ölkələrinə nümunə göstərilir. Bunlardan biri də ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıqdır. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bunun təməlində ulu öndər Heydər Əliyevin və Sizin müdrik siyasətiniz dayanır. Biz həmişə bununla öyünmüşük, fəxr etmişik. Çox təəssüf ki, ölkəmizdə sabitliyi pozmağa, insanlar arasına nifaq salmağa çalışan şər qüvvələr də vardır. Mən bir Azərbaycan vətəndaşı və bir dindar olaraq belə əməlləri, həmçinin dövlətimizə atılan iftiraları, böhtanları kəskin şəkildə qınayıram. Biz həmişə Sizin və Mehriban xanımın dinimizə və dindarlara qayğısını, dəstəyini görmüşük. Bunları danmaq bizə yaraşmaz və Allaha da xoş getməz. Allah Sizi və ailənizi qorusun, bütün işlərinizdə yardımçınız olsun!”.