Dövlət Neft Fondu dollar ilə vəsaitlərin həcmini artırıb
13:49 27.07.2021
Cəmiyyət
688
Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabat açıqlanıb.
Fonddan Oxu.Az-a verilən məlumata əsasən, ARDNF-nin vəsaitlərinin 68,6 faizi ABŞ dolları, 19,9 faizi avro, 4,9 faizi ingilis funt sterlinqi, 0,6 faizi avstraliya dolları, 0,6 faizi Türkiyə lirəsi, 0,7 faizi Rusiya rublu, 1,3 faizi Çin yuanı, 1,4 faizi yapon yeni və 2 faizi digər xarici valyutalarda olub.
Belə ki, ABŞ dolları portfelinin 5 763 300 000 dollarlıq hissəsini və ya 13,1 faizini qızıl investisiyaları, vəsaitlərin 270 000-i Azərbaycan manatı təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisə) ABŞ dolları ilə olan vəsaitlərin payı 0,2 faiz bənd, Avstraliya dolları, Rusiya rublu, Çin yuanı və yapon yeni ilə olan vəsaitlərin payı isə 0,1 faiz bənd artıb.
Eləcə də, avro ilə olan vəsaitlərin payı 0,4 faiz bənd, Türkiyə lirəsi ilə olan vəsaitlərin payı isə 0,1 faiz bənd azalıb. İllik müqayisədə ingilis funt sterlinqi ilə olan vəsaitlərin payı sabit qalıb.
ARDNF-nin investisiya portfelinin 62,9 faizini istiqraz və pul bazarı alətləri, 17,9 faizini səhmlər, 6,1 faizini daşınmaz əmlak, 13,1 faizini qızıl (101,8 ton) aktivləri təşkil edib.
İllik müqayisədə istiqraz və pul bazarı alətlərinin ümumi aktivlərdə payı 3,9 faiz bənd, qızıl aktivlərinin payı 0,5 faiz bənd azalıb. Səhmlərin ümumi aktivlərdə payı 4,2 faiz bənd, daşınmaz əmlakın ümumi aktivlərdə payı 0,2 faiz bənd artıb.
Qeyd edək ki, 30 iyun 2021-ci il tarixinə Dövlət Neft Fondunun cəmi investisiya portfeli 44 104 065 000 dollar təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya